BBC navigation

Gümrüdə “Azərbaycan filmləri festivalına” etiraz - video

Son yeniləmə: 13 aprel, 2012 - 16:34 GMT

Media Pleyer

Ermənistanın Gümri şəhərində Azərbaycan müəlliflərinin filmlərini etirazlar üzündən nümayiş etdirmək mümkün olmayıb.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Etirazçı

Ermənistanın Gümri şəhərində Azərbaycan müəlliflərinin filmlərini nümayiş etdirmək mümkün olmayıb. Bu məqsədlə Gümriyə yollanmış Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Qeorqi Vanyanı etiraz nümayişi ilə qarşılayıblar.

Eyni zamanda Ermənistanda Azərbaycan filmləri festivalının təşkilatçıları cümə axşamı filmləri nümayiş etdirmək niyyətlərinə çatdıqlarını bəyan edirlər. Onlar avtobusla Yerevandan Gümriyə yollanan 26 tamaşaçı üçün yolkənarı restoranlardan birində filmləri nümayiş etdiriblər.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin bəyanatında “festival proqramına 26 nəfərin tamaşa etdiyi və “Tamaşaçı simpatiyası” mükafatının qalibini müəyyən etmək üçün 24 nəfərin səsvermədə iştirak etdiyi” bildirilir.

Yüzlərlə Gümri sakini “Azərbaycan filmləri festivalı” keçiriləcəyi nəzərdə tutulan “Asparez” jurnalistlər klubu qarşısına toplaşmışdı.

Məktəb yaşlı uşaqlar, Gümri Pedaqoji İnstitutunun tələbələri, daşnak gənclər əllərində “Azərbaycan filmlərinə yox!”, “Qeorqi, sən türksən. Rədd ol Gümridən!” şüarlarla, “Vanyan -Azəri”, “Vanyan - satqın” deyə qışqırırıb.

“Biz müharibə qurbanlarının xatirəsini təhqir etməyə yol vermərik”, - Qarabağ müharibəsində həlak olanların anaları və ailəsi adından çıxış edənlər belə deyib.

Qeorqi Vanyan “Asparez” jurnalistlər klubuna toplaşmış Gümri ictimaiyyəti nümayəndələrindən təhqirli sözlər və təhdidlər eşitməyə məcbur olub.

Şəhər bələdiyyə rəhbərliyi tərəfindən festivalın təşəbbüsçüləri və iştirakçılarının təhlükəsizliyinin təmin ediləcəyinə ümid yox idi.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi Azərbaycan filmlərinin növbəti nümayişi aprelin 17-də Vanadzor şəhərində, Helsinki Assambleyasının ofisində təşkil ediləcəyini elan edib.

Azərbaycanda çəkilmiş 4 qısametrajlı film (1 sənədli və 3 bədii) nümayiş etdirmək nəzərdə tutulurdu. Yeganə “Tamaşaçı simpatiyası” nominasiyanın qalibi tamaşaçıların səsverməsi nəticəsində müəyyən edilməli idi. Layihə ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri tərəfindən maliyyələşdirilir.

BBC Azərbaycancanın olayla bağlı reportajı Gala televiziyasının kadrlarına əsaslanır.

More Multimedia

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.