Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İD-nin seks köləsi yezidi qadınlar: ölmək istəyirdik

İraqdakı yezidi azlığı bildirir ki, onların 3500 qadın və qızı hələ də İslam Dövləti adlanan təşkilatın əsirliyindədir.

Onların çoxundan seks qulları kimi istifadə olunur. Yezidilər deyirlər ki, 4 ay bundan əvvəl yurdlarından didərgin salınandan bəri dünya onları unudub.

Onlar əsirlərin xilas edilməsi üçün beynəlxalq əməlyyat keçirilməsini istəyirlər. İslam Dövləti isə əsir alınmış qadınlardan istifadə qaydaları barədə təlimat hazırlayıb. Burada deyilir ki, onları satmaq və almaq olar.

Təlimatda həmçinin döyüşçülərin azyaşlı qızlarla cinsi əlaqədə olmasına da icazə verilir. Paul Wood və operator Fred Scott İraqın şimalına gedərək əsirlikdən qaça bilmiş qadınlarla görüşüblər.