Honq Konq
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Honq Konqda inkassator maşınından yola səpələnmiş pulu camaat yığıb

Honq Konqda küçələrdən birində gəzişən camaat gözlənilmədən sözün əsl mənasında pul tapdaladığını anlayıb.

Belə vəziyyət iri pul məbləği daşıyan inkassator avtomobilinin qəzaya düşməsindən sonra yaranıb.

Həmin maşında 15 milyon honq konq dolları (təxminən 2 mln ABŞ dolları) daşınırmış.

Qəza vəziyyətinə düşmüş avtomobildən pul əskinaslarının bir hissəsi yola səpələnib.

Hadisənin şahidi olmuş piyadalar, sürücülər və ətraf dükanlardakı insanlar pul əskinaslarını yığmağa cumub.

Polis camaatdan pulları qaytarmağı xahiş etsədə, könüllü əskinasları qaytaranlar barədə hələlik bir xəbər çıxmayıb.