Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Parataekvondoçu Aynur Məmmədova: "Mənim haqqımı kim tapdaya bilər ki?"

Kinorejissor Elvin Adıgözəl İnsan hekayələri silsiləsində paralimpiya taekvondo əlbəyaxa döyüş idman növü üzrə dünya və Avropa çempionu, Azərbaycanda ilk parataekvondoçu qadın Aynur Məmmədova ilə görüşüb.

90-cı illərin sonunda atıcılıq üzrə ölkə birinciliklərində 2-ci və 3-cü yerləri qazanan idmançı taekvondo-ya keçmək qərarının asan olmadığını bildirir:

“Mən onacan bilmirdim ki, taekvondo idman növü necə olur və zala gedib görəndə ki, bu, karateyə oxşayan bir şeydir, düzdür, bir az qorxdum. Dedim mən hara təpik atmaq hara”.

Ancaq Aynur Məmmədovanın sözlərinə görə, özünəinam və məşqlər bəhrəsini verdi və o, 2011-ci ildə Moskvada keçirilən Avropa birinciliyində ilk böyük uğurlu çıxışından sonra para-taekvondo üzrə çempion adına layiq görüldu.