Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Madrid: on minlərlə adam sərt qənaət siyasətinə etiraz edib

Madriddə radikal solçu Podemos hərəkatının təşkil etdiyi nümayişə on minlərlə adam toplaşıb.

Yunanıstan misalından ilham alan solçu hərəkat "Siyasətçilər özəl maraqlara yox xalqa xidmət etməlidir!” şüarını irəli sürür.

Podemos ilin sonuna təyin edilən seçkilərdə qalib gəldiyi təqdirdə İspaniya borclarının qismən silinəcəyini vəd edib.

BBC müxbiri Tom Burridge Madridin mərkəzi meydanında keçən nümayişdə bayram əhval-ruhiyəinin yaşandığını bildirir.

"Bizi hər şeydən məhrum edən siyasətçilərdən yaxa qurtarmaq... yeganə çözümdür”, - nümayiş iştirakçılarından biri yeni “siyasi sinif”ə müqavimət göstərməyin əhəmiyyətini vurğulayarkən deyib.

Mitinq iştirakçılarına müraciət edən Podemosun lideri Pablo İglesias ispanların “yenilik istədiyini” deyib.

Nümayiş son illər ərzində sərt qənaət siyasəti əleyhinə kütləvi etiraz aksiyalarının yer aldığı meydanda keçirilib.