BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 Noyabr, 2008 - Published 13:22 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Xaricdə təhsil alan tələbə: vətən yoxsa qürbət
 
Mühazirə
Bu günlərdə Azərbaycanın Təhsil Nazirliyində Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində görülən işlərə dair müşavirə keçirilib. Məlum olub ki, hazırda 4 minə yaxın Azərbaycanlı gənc xaricdə təhsil alır.

Onların bir qismi dövlət hesabına göndərilib və yaxın illər ərzində bu təcrübə davam edəcək. Azərbaycanlı gənclər xaricə oxumağa ölkə müstəqillik qazanandan bəri gedir və artıq onların müxtəlif qrup və təşkilatlarında formalaşıb. Bəs xaricdə təhsil almış bu gənclər universitetdən sonra özlərini, neçə deyərlər, həyatda tapa bilirlərmi?

Xaricdə təhsil almaq arzusu müasir biliklərə yiyələnib iş tapıb karyera etmək və beləkilə gələcək həyatını təmin etmək niyyətindən yarandığı hesab olunur. Bu mənada Azərbaycanlı gənclər də istisna deyil.

Bu günə kimi on minlərlə gəncə Avropa, Amerika və Asiyanın aparıcı təhsil müəssisələrində oxuyub və oxumaqdadır. Son bir neçə ildə isə bu cür praktika hökumət proqramı səviyyəsində həyata keçirilən və maliyyələşdirilən bir siyasətdir.

Amma xaricə gənclərin təhsil üçün göndərilməsi siyasətinin yarımçıq olduğu barədə fikirlərdə səslənir. Söhbət onların təhsildən sonra işlə təmin edilməsindən gedir.

Amerikada təhsil almış azərbaycanlı tələbələr assosiyasıyanın rəhbəri Fariz İsmayılzadə etiraf edir ki, tələbələr ölkələrinə dönəndən sonra "işlə təminatı 1 nömrəli problemdir".

Qeyri-rəsmi statistikaya görə, 90—cı illərdə xaricdə oxumuş minlərlə azərbaycanlı təhsillərini başa vurandan sonra daimi xaricdə qalmaq qərarı vermişlər. Hesab olunur ki, bunun həm maddi, həmdə sırf psixoloji səbəbləri var.

Rəsmilər isə deyir ki, hər bir gənclərin təhsildən sonra harada qalıb-çalışmaq istəyi onun şəxsi işidir və burada ona nəsə diqtə etmək düzgün deyil. Amma tənqidçilər deyir ki, dövlət hesabına xaricdə oxumuş tələbəni sonradan özbaşına buraxmaq yanlışdır. Amma maraqlıdır ki, xaricdə oxuyandan sonra hökmən ölkəyə qayıtmaq niyyətində olan tələbələrdə var. Onlardan biri Zaur deyir ki, bunun əsas səbəbi bir sıra ölkələrdə "gəlmələrə olan mənfi münasibətdir".

Xaricə oxumağa gedən gənclərin qarşılaşdığı digər çətinlik mədəni və ya psixoloji sarsıntıdır. Almaniya təhsil almış Emin deyir ki, adətən tələbələr "iki qat mədəni şok yaşayırlar ".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik