BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 16 Noyabr, 2008 - Published 13:09 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Merzlyakov Dağlıq Qarabağın iştirakını mühüm sayır
 
Merzlyakov
Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov, Dağlıq Qarabağ ermənilərinin rəhbəri Bako Saakyanla görüşün yekunları haqqında danışarkən deyib ki, Dağlıq Qarabağ nümayəndələrinin iştirakı olmadan, münaqişənin həllini hazırlamaq mümkün deyil.

O Moskvada imzalanmış deklarasiyanı Minsk qrupunun rəhbərlərini ilhamlandırdığını söyləyib.

"Bəyannamədə vasitəçilərin, həmsədr dövlətlərin səylərinə dəstək ifadə edilir, bu isə bizə prezidentlərin imza atdıqları sənəddə göstərilən maddələrə uyğun fəaliyyət göstərmək üçün əlavə imkanlar yaradır. Bu işimizin təşkili üçün çox böyük stimuldur."

Yuri Merzlyakov və ondan əvvəl Minsk qrupunun Amerikalı həmsədri Mətyu Brayza da, tərəflərin sülh sazişinin imzalanması istiqamətində böyük addım atdıqlarını demişdilər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik