BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 18 Noyabr, 2008 - Published 14:31 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Somali sahillərində piratlar kəndi
 
Dəniz qulduru
Somali piratları tərəfindən dünyanın ən iri neft tankerlərindən birinin tutulması bu məsələyə yeni bucaqdan işıq salır. Bu gəmi piratlar tərəfindən tutulmuş ən iri gəmidir. Hadisənin baş verdiyi yer də diqqətə layiqdir. Piratların necə deyərlər "yaylağı" sayılan ərazidən 100-lə kilometr cənuba tərəf olan istiqamətdə.

Mümkündür ki, tanker ölkənin şimalında yerləşən Eyl limanına yollanır. Orada onlarla digər tutulmuş gəmilər lövbərlənib.

Məri Harper bu yaxınlarda Eyl məntəqəsində olmuş adamlarla söhbət edib.

Eyl limanı Somali piratçılığının mərkəzinə çevrildikdən bəri xeyli dəyişilib. Ötən il Eyl - adi kasıb məntəqədən ölkənin az-qala ən dəbdəbəli ərazisinə çevrildi.

Dəniz quldurluğu əldə edilən milyonlar hesabına burda bahalı villalar tikilib, yerli camaat bahalı xarici avtomobillərdə hərəkət edir.
Neft tankerinin ələ keçirilməsi xəbəri gələn kimi, yerli sakinlər ən yaxşı paltarlarını geyərək, ləptop - kompüterlərini və peyk telefonlarını işə saldılar.

Sakinlərdən birinin sözlərinə görə, o piratların mühasibidir. Başqa birisi - gəminin azad edilməsi barədə danışıqların əsas iştirakçısı kimi özünü təqdim etdi.

Deyildiyinə görə, pirat əməliyyatlarını düşünüb - hazırlayanların bazaları, Dubay və Nayrobi kimi yerlərdədir. Piratlara ödənilən haqqın əsas hissəsi də onlara ötürülür.

Lakin Eyl qəsəbəsinin payına düşən pul da kifayət qədərdir.

Piratçılıqla əlaqəsi olan gənclərə orada qəhraman kimi baxırlar. Qəsəbənin ən gözəl qızları həmin qəhraman sayıldığı adamlara ərə getməyi - özlərinə şərəf bilirlər.

Piratçılığın bucür, 21-ci əsrə uyğun forması üzərində bütöv bir iqtisadiyyatın inkişaf etdiyini demək olar. Bu məqsədlər üçün hətta xüsusi restoranlar da xidmət göstərir. Həmin restoranlarda məxsusən girovlar yeməklər hazırlanır.

Girovların çoxu Somali yeməklərini yeyə bilmir. Piratlar isə tutduqları gəmilər üçün ən yüksək ödəniş qoparmaq üçün, ekipaj üzvlərinin səhhəti və sağlamlığı barədə də qayğılanmağa məcburdular.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik