BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 18 Noyabr, 2008 - Published 14:49 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Amerika nümayəndəsi insan hüquqlarını müzakirə edib
 
Devid Kremer
Amerika Birləşmiş ştatlarının dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Köməkçisi Devid Kremerin Azərbaycana səfəri başlayıb. Bu gün o, siyasi partiya təmsilçiləri, hüquq müdafiəçiləri və Azərbaycanın dövlət başçısı ilə görüşüb.

Səfər zamanı o, insan haqlarına aid olan məsələlər: mətbuat azadlığı, din azadlığı və sərbəst toplaşma azadlığı da daxil olmaqla müzakirələr aparıb.

Çərşənbə günü Devid Kremerin Azərbaycanın xarici işlər nazirliyində görüşü olacaq və o, səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəkdir.

Amerika Birləşmiş ştatlarının Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Köməkçisi Devid Kremerin Azərbayacana bu dəfəki səfəri onun Azərbaycana son bir ildə ikinci səfəri idi.

Azərbaycan naminə forumun rəhəri Eldar Namazovun dediyinə görə, siyasi partiyalarla görüş zamanı əsasən həbs olunan jurnalistlər və demokratiya ilə bağlı məsələlər müzakirə olunub.

Ümid partiyasının rəhbəri İqbal Ağazadənin fikrincə, Devid Kremerin Azərbaycana səfəri sadəcə işçi xarakteri daşımırdı və isə Devid Kremerin Azərbaycana səfərini adi işçi xarakteri daşıyan səfər deyil və cənab Kremer Azərbaycan hakimiyyəti qarşısında konkret tələblər qoymaq üçün gəlib.

Yeni Azərbaycan partiyasının siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə bildirir ki, Devid Krenerin Azərbaycana səfəri daha çox iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi cəhdi kimi dəyərləndirilməlidir.

Keçən ilin mart ayında cənab Kremer ABŞ-ın Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə Köməkçisi vəzifəsinə təyin olunmuşdur. Bundan əvvəl isə o, Dövlət Katibinin Köməkçisinin Avropa və Avroasiya məsələləri üzrə müavini idi. O, Rusiya, Ukrayna, Moldova və Belarusiya ilə əlaqələrə cababdeh idi.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik