|
“Sülhyaradıcılıq təmənnasız ölkələrə həvalə olunmalıdır"
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən Qafqaz üzrə məsləhətləşmələrin ikinci dövründə Cenevrədə danışıqlar masası
arxasında Rusiya ilə Gürcüstan nümayəndələri əyləşiblər.
Oktyabrın 15-də yer alan birinci görüş nəticə vermədən sona çatmışdır. Verilən məlumatlara əsasən Gürcüstan danışıqlarda Abxaziya və Cənubi Osetiya nümayəndələrinin təklif olunan statusuna razı olmayıb. Bəs görəsən danışıqlar formatına münasibət dəyişibmi? BBC münaqişələrin həlli üzrə Gürcüstanın dövlət naziri Temur Yakobaşviliyə indiki danışıqlar formatına münasibət bildirməyi xahiş edib. - Fransanın təklif etdiyi danışıqlar formatı 3 ölkənin və vasitəçi qismində 3 beynəlxalq təşkilatın iştirakını nəzərdə tutur. Beynəlxalq vasitəçilər - BMT, Avropa İttifaqı və ATƏT- dir. Ölkələr isə - münaqişə tərəfləri olan Gürcüstan və Rusiyadır, əlavə olaraq isə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bundan başqa ekspertlər formatı da var ki, bura da Abxaziya və Cənubi Osetiyada yaşayan və oradan öz evlərindən qovulmuş insanların nümayəndələrini dəvət etmək olar. Qeyd edirəm ki, onları hec vəchlə, kimin nə dediyindən asılı olmayaraq, hansısa dövlətlərin nümayəndələri deyil, ən yaxşı halda yalnız orada yaşayan icmaların nümayəndəlıəri kimi dəvət etmək olar. Bu gün Cenevrədə məhz texniki qrup deyilən formatda məsləhətləşmələr başlayır, və bu qrupda icmaların nümayəndələri təmsil olunacaq. SUAL. Və bu format tərəflər arasında razılaşdırılıbmı? Əlbəttə, bəli, razılaşdırılıb. Hələ birinci plenar görüş zamanı bu məsələlər razılaşdırılıb. Plenar iclaslarda yalnız ölkələr və beynəlxalq təşkilatlar iştirak edir, texniki iclaslara isə istənilən eksertləri, o cümlədən, Abxaziya və Cənubi Osetiyadakı icmaların nümayəndələrini dəvət etmək olar. SUAL. Texniki qruplar görüşünün əsas qayəsi nədir Bu görüş, fikrimcə, dialoqun, mükalimənin başlanğıcıdır, və biz ümid edirik ki, bu dialoq Rusiya ilə Gürcüstan arasındakı münaqişəni həll edəcək sülh prosesinə çevriləcək. SUAL. Bu dialoqda hansı məsələləri müzakirə etmək nəzərdə tutulur? Baxarıq, orada təhlükəsizlik və məcburi köçkünlər və qaçqınların öz yerlərinə qayıtması məsələləri var. SUAL. Təhlükəsizlikdən danışanda yəqin ki, burada bölgədə sülhyaradıcı qüvvələrin yerləşdirilməsini də müzakirə etmək lazım gələcək. Gürcüstan hansı ölkələrin belə sülhyaradıcı missiyada təmsil olmasını istəyir ? İlk növbədə elə ölkələr ki, münaqişənin tərəfi deyil. Əgər Rusiya yenə də sülhyaradıcılar arasında olsa bu, çox gülməli olar. Gürcüstana münasibətdə Rusiya bu gün işğalçıdır və işğalçı qüvvələr ölkəni tərk eməlidirlər. Mən ümumiyyətlə belə düşünürəm ki, BMT-nin sülhyaradıcı qüvvələr haqda prinsipi rəhbər tutularaq bura qonşu ölkələrin qüvvələri daxil ola bilməz. Bu çox düzgün prinsipdir. Sülhyaradıcı missiyalarda bitərəf, təmənnası və marağı olmayan ölkələr təmsil olunmalıdır. SUAL. Bəs bu Cenevrə danışıqlarında içtirak edən ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyırlarmı? BMT-nin mandatı, ATƏT-in mandatına gəlsək, bəli, onlar biri-birinin ərazi bütövlüyünü tanıyırlar. Amma Rusiya çox qəribə bir vəziyyətə salıb özünü. Rusiya elə bil ki, Gürcüstanın ərazi bütövlüyünü tanıyır, və həm də tanımır. Yəni bu məsələdə, necə deyirlər, yarıhamilə olmaq mümkün deyil. SUAL. Bəs bu vəziyyət Gürcüstan üçün hansısa propblemlər yaradırmı ? Fikrimcə, bu təkcə Gürcüstan üçün deyil, dünya birliyi üçün də problemlər yaradır. Rusiyanın indi çalışdığı - beynəlxalq birlik tərəfindən tanınmış və təsdiqlənmiş sərhədləri güc yolu ilə yenidən cızmaq və sonradan bunu bir fakt kimi diplomatik yolla ölkələrə qəbul etdirməkdir. Buna o, müvəffəq olmadı, və ümidvarıq ki, müvəffəq olmayacaq. SUAL. Gürcüstanla Rusiya arasında ixtilaf Abxaziya və Cənubi Osetiyadakı münaqişələrlə bağlı yaranıb. Bəs Gürcüstan özünün bu iki bölgəsindəki münaqişələrin çözümünə dair hər hansı bir plana malikdirmi? Bu münaqişələrin həllini necə görür? Biz kifayət qədər təfərrüatlı planlar təklif etmişdik. Prezident Saakaşvlilin yeni bir təşəbbüsü var idi. Orada söhbət mücərrəd perspektivlərdən yox, konkret məsələlərdən. misal üçün, Abxaziyanın və abxaz etnosunun inkişafından,əyalətlə mərkəz arasında münasibətlərin formasından gedirdi. Eyni təkliflər ondan əvvəl Cənubi Osetiyaya dair də edilmişdi. Bu təkliflər Lyublyanada keçirilən görüşdə təqdirə layiq görüldü. İyul ayında da osetinlərlə ünsiyyət qurmaq cəhdləri olmuşdu. Amma görünür, Rusiyanın planına bu münaqişələri həll etmək daxil deyil. Və təəssüflər olsun ki, bütün bu sülh təşəbbüsləri kağız üzərində qaldı. SUAL. Bəs Türkiyənin Qafqaz platformasına necə yanaşırsınız, bu, Qafqazdakı münaqişələrin çözümünə yardım edə bilərmi? Mən düşünürəm ki, bütün sülh təşəbbüsləri maraqlıdır və təqdirə layiqdir. Əgər bu platformada hansısa yarı-dövlət deyil, beynəlxalq
birlik tərəfindən tanınmış dövlətlər içştirak edəcəksə, biz bunu qəbul edərik. Və bu məsələdə bizim Türkiyə ilə mövqelərimiz
oxşardır. Fikrimcə, bu platform hansısa konkret proqramların həyata keçirilmısinə başlamayanca onun işlək olub-olmaması barədə
fikir sözyləmək tezdir. Amma Türkiyənin belə bir təşəbbüslə çıxış etməsinin özü artıq təqdirə layiqdir. Yəni, problemlərin
çözüm yollarının axtarışı gedir. Türkiyə bizim üçün mühüm tərəfdaşdır və mən istərdim ki, bizim qonşu Rusiya ilə də əlaqələrimiz
Türkiyə iləl oduğu kimi inkişaf etsin. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||