|
Duma prezidentlik müddətinin 6 ilə kimi uzadılmasına doğru gedir
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Rusiyanın Dövlət Duması ikinci oxunuşda prezidentin səlahiyyət müddətinin 6 ilə kimi uzadılmasını nəzərdə tutan qanun
layihəsini təsdiq edib.
Həftəsonu Dumada sənədin son 3-cü oxunuşu olacaq və reqlamentə görə son oxunuşda ciddi dəyişikliklər edilmir. Rəsmilər deyirlər ki, prezidentin səlahiyyətlərinin uzadılması hakimiyyəti daha səmərəli edəcək. Bir çox müşahidəçilərin ehtimallarına görə isə gələn il Rusiyada növbədənkənar prezident seçkiləri keçirilə bilər və Vladimir Putin vəzifəsinə qayıda bilər. Bütün bu konstitusion dəyişikliklər bunun üçün lazımdır. Vladimir Putinlə Dmitriy Medvedev bu perspektiv barədə suallara cavabdan yayınıblar. Dövlət Duması bu gün geniş müzakirələr açmadan konstitusiyaya dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. 351 deputat, yəni konstitusion çoxluq layihənin lehinə, 57 deputat isə əleyhinə səs verib. Son üçünçü oxunuşu deputatlar cümə gününə saxlayıblar. Qanun layihəsi prezident Medvedevin təklif etdiyi kimi qəbul olunub, ona heç bir əlavə və düzəliş edilməyib. Hərçənd ki, bəzi fraksiyalar öz düşəlişlərini təklif edirdilər. Məsələn, radikal liberal-demokratlar prezidentin səlahiyyət müddətini ümumən 7 ilə kimi uzatmağı təklif edirdilər. Qanun layihəsinin əleyhinə çıxan yeganə Duma fraksiyası kommunistlərdən Viktor İlyuxin 6 illik hakimiyyət müddətinin konstitusiyada olduğu kimi 2 dəfə yox, 1 dəfə olmasını təklif edib. Deputat öz təklifini belə əsaslandırır: "Mən istəməzdim ki, 6 il sonra avtomatik şəkildə 12 ilə çevrilsin. Tək Rusiya yox, bir çox digər ölkələrdə də 1-ci müddətə seçilən prezident adətən 2-ci müddətə də seçilir. Bizdə 12 il olsa böyük durğunluğa səbəb yaranacaq. Yaxud prezident lazımı siyasət aparmasa, onun hərəkətləri ölkə üçün dağıdıcı olsa ona necə təsir edə bilərik. Rusiya konstitusiyasında prezident absolütizminə qarşı faktiki heç bir işlək əks-qüvvə mexanizmi yoxdur. Faktiki bütün hakimiyyət prezidentin əlində cəmləşib". Bu arada hakim "Vahid Rusiya" partiyasında iddia edirlər ki, hazırkı məqamda prezidentə daha uzun hakimiyyət müddəti lazımdır. Məsələylə bağlı öz mövqeyiylə prezident Dmitriy Medvedev də bir daha bölüşüb: "Bizim dövlət və cəmiyyətimizin hazırkı inkişaf mərhələsinə prezidentin daha uzun hakimiyyət müddətinə malik olması daha uyğundur. Bu 5 il, 6 il, 7 il ola bilər. Bu indi ölkənin, hakimiyyətin nüfuzunun möhkəmləndirilməsinə yararlı ola bilər, ancaq bu o demək deyil ki, bu həmişəlikdir. 20,30, 40 ildən sonra məsələyə yenidən baxılması ehtiyacı olsa bunu etmək lazımdır". Dmitriy Medvedev habelə bildirib ki, konstitusiyada dəyişiklilər barədə o hələ 5 il öncə düşünməyə başlayıb. Eyni zamanda bir çox müşahidəçilər son dəyişikliləri təklif edən prezident Medvedevin motivlərini axıra kimi anlamadıqlarını bildirirlər. Bir çox ehtimallara görə, gələn il Dmitriy Medvedev vaxtından əvvəl öz vəzifəsini tərk edə bilər. Bundan sonra növbədənkənar seçkilər nəticəsində hazırkı baş nazir Vladimir Putin yenidən prezident kürsüsünə qayıda bilər. Düzdür Vladimir Putinlə Dmitriy Medvedev onların belə plana malik olması haqda sualın cavabından yayınıblar. Hələlik isə konstitusion dəyişiklıkləri uzun yol gözləyir, Dumadakı 3-cü oxunuşdan sonra o Federasiya Şurasında 3/4 səs çoxluğuyla təsdiq olmalı və sonra Rusiya bölgələrinin 2/3 "hə"sini almalıdır. Amma rəsmilər deyirlər ki, bu yolu dəyişikliklər təxminən 1 aya keçə bilər. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||