|
Fahişələrdən istifadə edənlər təqib olunacaqlar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Britaniya hökuməti İngiltərə və Uelsdə qanunlara dəyişiklik etməyi planlaşdırır.
Bu plana əsasən ortaq şəxsin vasitəçiliyi ilə fahişələrlə cinsi əlaqəyə girmək qanunsuz olacaq. Hökumət rəqəmlərinə görə, Britaniyada 80 minə qədər seks qulluqçusu var. İndi hakimiyyət bu qəbildən olan qadınları qorumaq üçün İngiltərə və Uelsdə fahişəliyə dair qanunları yenidən nəzərdən keçirməyə başlayıb. Daxili məsələlər üzrə nazir Jəkki Smitin dediyinə görə, bir çox fahişələr aradüzəldənlər, insan alverçiləri və ya narkodillerlərin nəzarəti altındadırlar. Nazir təklif edir ki, fahişəliyə güclə sürüklənən qadına pul ödəmək qanun pozuntusu sayılsın. Jəkki Smit öz mövgeyini belə açıqlayır: "Əgər məlum olsa ki, qadına cinsi xidmətə görə pul verilib və həmin qadın kiminsə nəzarəti altındadır və ya azad seçimdən məhrum edilmişdir, onda bu, qanun pozuntusu hesab olunmalıdır və həmin şəxs 1000 funta qədər cərimələnməlidir. Qanun pozuntusu polis tərəfindən qeydə alınmalıdır. Yəni bu, belə olmalıdır." Həmçinin təklif olunur ki, qadına bilərəkdən seksə görə pul verən şəxsə qarşı zorlama ittihamları irəli sürülə bilsin. Həmin şəxsin fahişənin hansı şərtlərlə işlədiyini bilmədiyini deməsi isə məhkəmə tərəfindən nəzərə alınmayacaq. Bununla belə, təklifi tənqid edənlər də var. Belələrinin dediyinə görə, bütün bu tədbirlər ona gətirib çıxara bilər ki, qadınlar özlərinə müştəri tapmaq üçün daha da riskli addımlara gedə bilərlər. Fahişələrin İngilis Kollektivi adlı təşkilatdan Niki Adams: "Bu qadınlar özlərini və ailələrini dolandırmaq üçün fahişəlik edirlər. Onların başqa çıxış yolu yoxdur. Müştərilərə qarşı təqiblər başlasa bu, qadınları əlaltı fəaliyyət göstərməyə vadar edə bilər, belə halda isə onların işi daha da təhlükəli olacaq." Hakimiyyət orqanları fahişələri küçədən götürənlərə qarşı da tədbir görməyi nəzərdə tutur. Polisə isə fahişəxanaları bağlatdırmaq üçün daha geniş səlahiyyətlər veriləcək. Bununla belə niyə də hökumət fahişəliyin bütün növlərini qadağan etməsin? Hökumət rəsmilərinin dediyinə görə, onlar bu təklifi də nəzərdən keçiriblər amma bəyənməyiblər. Çünki onların dediyi kimi, qadınların çox kiçik bir hissəsi məcburiyyətdən kənar fahişəliklə məşğul olurlar, belə ki, onları
canilər cərgəsinə qatmaq düzgün deyil. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||