|
Konqolular kömək istəyirlər
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Konqo Demokratik Respublikasının şərqində icma qrupları ərazidəki zorakılıqları dayandırmaq üçün Avropa qoşunlarının göndərilməsi
müraciəti ilə çıxış ediblər.
BMT TŞ-na və beynəlxalq liderlərə göndərilən bəyanatda 44 qrup BMT sülhməramlılarının gücsüz olduğunu bildirib. Onlar əraziyə dərhal avropalı qoşunların göndərilməsinə çağırıblar. Son həftələr ərzində 250 000 adam evini tərk etmək məcburiyyətində qalıb. BBC müxbiri deyir ki, müraciət edənlər arasında qadın qrupları və kilsə təşkilatları da var. Onlar deyirlər ki, indiyə kimi tarixdə görünməyən zorakılıqların şahidi olublar. Belə ki, dinc sakinlər kütləvi şəkildə edam edilir, küçələr cəsədlərlə doludur. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||