|
Gürcüstan-Rusiya danışıqlarında proqres
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cenevrədə Gürcüstan-Rusiya sülh danışıqlarını izləyən beynəlxalq diplomatlar bildirblər ki, tərəflər əhəmiyyətli irəliləyiş
əldə ediblər.
Avqust ayında Gürcüstanla-Rusiya arasında baş vermiş beş günlük müharibədən sonra regionda təhlükəsizliyi yaxşılaşdırmaq üçün keçirilən bu danışıqların təşəbbüşçüsü Birləşmiş Millətlər Təşkilatı, Avropa Birlyi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Oktyabr ayında danışıqların birinci mərhələsi Rusiyanın müstəqil ölkələr kimi tanıdığı, Gürcüstanın isə öz toxunulmaz ərazisi hesab etdiyi Cənubi Osetiya və Abxaziyanın statusu ilə bağlı fikir ayrılığı ucbatından nəticəsiz başa çatmışdı. BC müxbiri İmogen Foulks Cenevrədən xəbər verir ki, bu dəfə Cenevrədə danışıqlar xeyli ciddi olub. Kimin hansı əraziyə sahib olması məsələsi bir kənara qoyulub, əvəzində iştirakçılar, o cümlədən, Cənubi Osetiya və Abxaziyadan olan nümayəndələr daha təcili məsələlərin üzərində dayanıblar. Bu müzakirələr atəşkəsin pozulması və münaqişə nəticəsində evindən didərgin düşən minlərlə insanın aqibəti barədə idi. Cenevrədə diplomatlar deyir ki, danışıqlar zamanı regionda təhlükəsizliyin təcili şəkildə yaxşılaşdırılmasına və qaçqınların öz əvvəlki yerlərinə qaytarılmasına dair real razılığa gəlindi. Danışıqlarda BMT-nin vasitəçisi İohan Verbek BBC-ə bildirib ki, i, tkliflərdən biri beynəlxalq polis qüvvələrinin atəşkəs xəttində nəzarət etməsi olub. Cənab Verbek deyib: "Mən həqiqətən də təsdiq edə bilərəm ki, Abxaziyada və Cənubi Osetiyada polisin mümkün nəzarətinə dair məsələ müzakirə edildi. Bildiyiniz kimi, orada iki təhlükəsizlik məsələsi var. Onlardan biri atəşkəs xəttində təhlükəsizliklə bağlıdır. Digər məsələ isə milli azlıqlara bağlıdır ki, onlara mühafizə təminatı verilməlidir. Elə polis məsələsi də bundan irəli gəlir". Ancaq səmimi atmosferə baxmayaraq hələlik heç nə dəyişmir. Evlərinə qayıtmaq şansından çox uzaq olan didərginlər isə hazırda yaşadıqları çadırlarda daha davamlı dam altında yaşayacaqlar. Qış qapını döyməmiş onlar üçün 6 mindən çox müvəqqəti yaşayış yeri tikiləcək. Bu arada isə BMT və Avropa Birliyi təhülkəsizliyi yaxşılaşdırmaq barədə təkliflər hazırlayacaqlar. Sonra isə bütün tərəflər dekabr ayında yenə də Cenevrədə görüşəcələr. dekabr ayında. |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||