Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 25 Fevral, 2009 - Published 11:31 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib
 
Day.az
Day.az başqa bir təsisata satılıb
Day.az sabiq təsisçisi, millət vəkili Anar Məmmədxanlının BBC-yə verdiyi məlumata görə, sayt bir qeyri hökumət təşkilatına satılıb.

Saytın yeni adını həmin QHT-nin özü açıqlayacaq.

Anar Məmmədxanlının sözlərinə görə, yeni saytın baş redaktoru Trend agentliyinin baş direktoru İlqar Hüseynov olacaq.

Day.az bir neçə gün əvvəl bağlanmışdı. O zaman Anar Məmmədxanlı BBC-yə buna səbəbin haker hücumlarının şiddətlənməsi olduğunu demişdi.

Millət vəkili saytın qapanmasında hər hansı siyasi motivin olduğunu qətiyyətlə rədd etmişdi.

O beş gündən sonra Day.az-ın fəaliyyətini bərpa edəcəyini vəd etmişdi.

Day az saytının sabiq təsisçisi Anar Məmmədxanlı saytın hansı qeyri-hökumət təşkilatına satıldığını aşkarlamaq istəmir. Deyir ki, bunu həmin təşkilatın özü deyəcək. Amma sabiq təsisçinin sözlərinə görə, bundan sonra saytın baş redaktoru əvvəl olduğu kimi Elnur Baimov yox “Trend“ İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov olacaq. Anar Məmmədxanlı həmçinin saytın fəaliyyətində də hər hansı dəyişikliklərin olmayacağına əmin olduğunu söyləyir.

Anar Məmmədxanlı saytın satılmasının arxasında hər hansı siyasi motivin durmadığını da bildirdi.

Sizin qəfldən saytı satmaq qərarına gəlməyiniz nə ilə bağlıdır sualına cavabında isə Anar Məmmədxanlı dedi ki, bu onun xarakteri ilə bağlıdır.

Anar Məmmədxanlı həmçinin bundan sonra da yeni layihələr üzərində çalışacağını , bir sözlə bekar qalmayacağını bildirdi.

“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev isə Anar Məmmədxanlının öz xoşuna Day.az kimi populyar layihəni satmaq qərarına gəlməsində inanmadığını deyir.

Arif Əliyevm sözlərinə, KİV satılması presedenti Azərbaycan üçün yeni deyil və hələ 5-6 il bundan qabaq buna başlanılıb . İndi də davam edir. Arif Əliyevin sözlərinə görə, bu tendensiyanın davam etməsi Azərbaycanın irəliyə demokratiyaya doğru deyil geriyə Sovetlər vaxtına addımlaması deməkdir.

Media insan haqları institutunun direktoru Rəşid Hacılının fikrincə isə, Day.az saytının bağlanması Azərbaycanda təkcə müxalifətdə deyil, həm də az-çox müstəqil olmağa çalışan media qurumlarının da problemlərlə üzləşə biləcəyindən xəbər verir.

Day.az saytının fəaliyyəti ötən həftə dayandırılıb, Onda bu, onun texniki fasilə və saytın yeni versiyasının yaradılması ilə izah edilmişdi. İndi isə saytın səhifəsində sayt müvəqqəti bağlanılıb sözləri yazılıb. Onun sabiq təsisçisi Anar Məmmədxanlının sözlərinə görə, Day az yaxın günlərdə öz fəaliyyətini bərpa edəcək. Amma yeni təsisçi ilə .

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik