Qəzza zolağında "dünyanın ən pis zooparkı" bağlanılıb - şəkillərdə

Boş qəfəslər Fotonun müəllifi AP
Image caption Zoopark rəsmi olaraq 2014-cü ildə bağlanılıb.

Soyuq havalar, işçilərin səhlənkarlığı, yemin qıtlığı, baytarlıq xidmətinin zəif olması və İsraillə münaqişənin fəsadları Qəzza bölgəsindəki özəl Xan-Yunis zooparkının bağlanılmasında öz rolunu oynayıb. Həyəcan siqnalı çalan Four Paws beynəlxalq xeyriyyə cəmiyyəti zooparkda qalan sonuncu heyvanları xilas etmək üçün yardım kampaniyasını təşkil edib.

Bir vaxtlar Xan-Yunis zooparkında yüzədək heyvan saxlanılıb. Onlar buraya qaçaqmalçıların gizli tunelləri vasitəsilə çatdırılıb. Lakin münaqişə bölgəsində acınacaqlı şərait zooparkın böhran həddinə çatmasına səbəb olub.

Fotonun müəllifi AP
Image caption Qəzza bölgəsində 6 zoopark olub.

Qəzzanın kiçik əraziyə sahib olmasına rəğmən burada 6 zoopark mövcuddur. Heyvanların çoxu dar qəfəslərdə saxlanılır. Onlar arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər var.

Fotonun müəllifi AP
Image caption Quş və heyvanlar yem çatışmazlığından əziyyət çəkib.

Bir neçə il bundan əvvəl Four Paws xeyriyyə təşkilatı bir neçə yerli zooparkda heyvanların vəziyyətilə bağlı narahatlığını bildirərək yardım kampaniyasına başlayıb.

Fotonun müəllifi AFP
Image caption Four Paws təşkilatının üzvü kirpiyə tibbi yardım göstərir

Yerli hakimiyyət zooparkı maliyyələşdirmədən imtina etdikdən sonra Four Paws əlavə vəsait toplamağa başladı. Xeyriyyə cəmiyyəti zooparkı yem və baytarlıq xidməti ilə təmin etdi.

Fotonun müəllifi EPA
Image caption Xan-Yunisdə saxlanılan bəzi heyvanlar təcili tibbi yardım tələb olunur.

Qəzzadakı zooparklar arasında ən acınacaqlı vəziyyət 2014-cü ildə ictimaiyyət üçün bağlı elan olunan Xan-Yunis zooparkında yaranmışdı.

Zooparkın sahibi artıq heyvanlara baxa bilmədiyi üçün onları yeni sahiblərə vermək qərarına gəldi. Bu həftə ərzində Four Paws təşkilatının işçiləri heyvanları İordaniya, İsrail və Cənubi Afrikadakı mərkəzlərə çatdırmalıdırlar.

Fotonun müəllifi AP
Image caption Dəvəquşu İoardaniyanın heyvanları xilasetmə mərkəzinə keçiriləcək

Four Paws təşkilatı Xan-Yunis zooparkında saxlanılan heyvanların İordaniya, İsrail və Cənubi Afrikadakı heyvanları xilasetmə mərkəzinə göndəriləcəyini bildirir.

Fotonun müəllifi AP
Image caption Laziz adlı pələng Cənubi Afrikaya aparılmalıdır

Bir vaxtlar Xan-Yunisdə 40-dək böyük pişik saxlanılıb. Hazırda isə onlardan yalnız biri qalıb. Bu, Laziz adlı pələngdir.

Fotonun müəllifi AP
Image caption Xəstə maral balasına tibbi yardım tələb olunur

Zooparkda saxlanılan demək olar ki, bütün heyvanların tibbi yardıma ehtiyacı var.

Fotonun müəllifi Getty Images
Image caption Meymunları bu qəfəslərdə yola salınacaq

Avqustun 24-dən "dünyanın ən pis zooparkı" bağlı sayılır.