UEFA Çempionlar Liqasında islahatlar həyata keçirir

UEFA Fotonun müəllifi AP
Image caption Yeni sistemlə qitənin dörd ən böyük liqasından dörd komandanın qrupda çıxışı təmin olunacaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəhbərliyi Çempionlar Liqasında islahatlar barədə elan edib. Yeni sistemə uyğun olaraq qitənin dörd ən böyük liqasından dörd komandanın qrupda çıxışı təmin olunacaq.

Hazırda bu ölkələrin liqaları ən güclü liqalar hesab olunur: İngiltərə, İspaniya, Almaniya və İtaliya

Dəyişiklər 2018-ci ilin payızından qüvvəyə minəcək.

Hazırda İspaniya, Almaniya və İngiltərə Çempionlar Liqasının qrup mərhələsində ən azı üç klubla çıxış edir, bu ölkələrin liqalarında dördüncü yeri tutmuş klublar isə qrupda iştirak etmək üçün kvalifikasiyanın qalibi olmalıdır.

İtaliya isə hazırda qrup mərhələsində azı iki klubla təmsil olunur. A Seriyasında üçüncü yeri tutmuş klub isə qrup üçün seçmə mərhələni keçməlidir.

Bu islahat ideyası tənqidlərə səbəb olub. Onların fikrincə, yeni sistem varlı klubları daha da imtiyazlı mövqeyə qoyacaq.

Həmçinin öncəki mövsümdə Avropa Liqasının qalibi olmuş klub da birbaşa Çempionlar Liqasının qrupunda oynamaq şansı əldə edəcək.

Həmçinin oxuyun: Azərbaycanın iki klubu Avropa Liqasında

Əlaqəli mövzular

Bu barədə daha geniş