Yanğınsöndürənlər unitazın içində qalan şəxsi azad ediblər

Unitazda qalan norveçli Fotonun müəllifi DRBV
Image caption Cato Larsen-in unitazdan çıxmaq cəhdləri nəticə verməyib.

Norveç yanğınsöndürənləri unitazın içində ilişib qalan gənci azad ediblər.

20 yaşlı Cato Berntsen Larsen dostunun mobil telefonunu çıxarmaq üçün unitazın içinə girəndən sonra artıq geri çıxa bilməyəcəyini başa düşüb.

Kanalizasiya şəbəkəsinə bağlı olmayan unitazın altında bir neçə aydan bir boşaldılan nəcislərlə dolu bak olub.

Dostuna kömək etmək istəyən gənc məhz həmin bakın içinə düşüb. Cənab Larsen deyir ki, unitazın içinə girmək üçün kifayət qədər arıq olsa da, geri çıxmaq üçün çox gövdəli olub.

Fotonun müəllifi DRBV
Image caption Yanğınsöndürənlər unitazı qırmalı olublar

Qapalı məkanda qalmaq qorxusundan əziyyət çəkən Larsen çətin təcrübə yaşadığını deyir.

"Bu həyatımın ən pis təcrübəsi oldu. Orda bir hərəkət də var idi. Deyəsən məni nəyisə dişləyirdi".

Yanğınsöndürənlər cənab Larseni azad edərkən unitazı sındırmalı olublar.

Əllərindən xəsarət alan gəncə tibbi yardım göstərilib. Bu arada mobil telfonu tapmaq mümkün olmayıb.

Bu barədə daha geniş