İldə 5 milyon insan "tənbəllikdən" ölür

Divanda yatan adam hamburger yeyir Fotonun müəllifi Thinkstock
Image caption Yetkin insanlar həftədə 150 dəqiqə orta sürətdə və ya 75 dəqiqə intensiv idman etməlidir

İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa Kardiologiya Birliyinin (ESC) konqresində təqdim edilmiş bir hesabata görə, ildə 5 milyon nəfər hərəkətsiz həyat tərzinə görə ürək-damar xəstəlikləri qazanaraq həyatını itirir. Bu, həm də Avropada ildə 80 milyard avronun səhiyyəyə xərclənməsinə səbəb olur.

Tədbirdə yetkin insanlara həftədə 150 dəqiqə orta sürətdə və ya 75 dəqiqə intensiv idman edilməsi tövsiyə olunub.

Həmçinin bildirilib ki, fiziki aktiv həyat tərzi keçirən insanlarda ürək-damar xəstəliklərinə görə ölmək riski 23 faiz azdır.

Norveçin Trondheim Elm və Texnologiya Universitetinin araşdırmasına görə gəzmək, üzmək, rəqs və velosiped sürmək kimi fikizi aktiv kişilərdə bu xəstəliklərdən ölmə riski 17 faiz, qadınlarda isə 23 faizdir.

39 min insanı izləyərək hazırlaşmış tədqiqat fiziki hərəkətlərin ürəyə təsirini öyrənib. Burada yaş və cins kimi faktorlar da nəzərə alınaraq şəxsi aktivlik məlumatı (PAI - personal activity intelligence) hazırlanıb.

Norveçin Trondheim Elm və Teknologiya Universitetinin araşdırmaçısı Dr Javaid Nauman bildirib ki, "mütəmadi idmanın sağlamlığa xeyirli olduğunu onsuz da bilirdik, lakin insanların ürək-damar xəstəlikləri və erkən ölümlərin qarşısını almaq üçün nə qədər idmana ehtiyac olduğunu bilmirdik".

"Məqsəd PAI səviyyəsini 100 faizin üzərində tutmaqdır", cənab Nauman qeyd edib.

Başqa bir təqdim edilən araşdırmada isə deyilir ki, 65 yaşından yuxarı insanlar həftədə 4 dəfə orta sürətlə idman edərsə, ürək-damar xəstəliklərinə görə ölüm riskini 54 faiz azalda bilərlər.

Finlandiyadakı Oulu Universitetinin 12 il ərzində 2500 insanı tədqiq edərək hazırladığı hesabatda deyilir ki, bağçada işləmək, balıq tutmaq, gəzmək, velosiped sürmək kimi orta sürətli işlər də ürəyi qoruyur.

Əlaqəli mövzular