Coca-Cola fabrikində "50 milyon avro dəyəri olan" kokain aşkarlanıb

Coca Cola Fotonun müəllifi Getty Images
Image caption Aşkar edilmiş kokainin ümumi çəkisi təxminən 370 kiloqram təşkil edir.

Fransadakı Coca-Cola fabrikində qara bazar qiymətlərilə dəyəri 50 milyon avro ətrafında olan kokain aşkar olunub.

Məlumata əsasən narkotik maddə Cənubi Amerikadan göndərilən konteynerdəki portağal şirəsi konsentratı ilə dolu çantaların içində olub.

Hadisə Fransanın cənubundakı Sin kəndində yerləşən fabrikdə yer alıb.

Müəssisə işçilərin insidentə aidiyyatı olmadığını bildirir.

"İstintaqın ilk nəticələri işçilərin hadisəyə heç bir şəkildə aidiyyatı olmadığını göstərir", - Coca-Colanın bölgə üzrə rəsmisi Jean-Denis Malgras yerli internet xəbər saytına açıqlamasında deyib.

Kokainin ümumi çəkisi təxminən 370 kiloqram təşkil edir.

Bu Fransada yeganə hadisə vaxtı ələ keçirilən ən iri kokain partiyasıdır.

Prokuror Xavier Tarabeux deyir ki, "pis sürpriz" nəticəsində aşkar edilmiş tapıntının bazar dəyəri 50 milyon avroya yaxındır.

Ötən ilin aprel ayında Fransa polisinin köməyilə Britaniyaya gəmi ilə göndərilən daha bir kokain partiyası ələ keçirilmişdi. Müsadirə edilmiş narkotik maddənin dəyərinin 47 milyon avro olduğu bildirilirdi.

Bu barədə daha geniş