Bakıdan İslam Kərimovun dəfninə kim gedəcək?

Özbəkistan hökuməti prezident İslam Kərimovun öldüyünü təsdiqləyib. 78 yaşlı cənab Kərimov keçən həftə beyin qansızmasının ardından xəstəxanaya çatdırılıb, lakin hökumət yalnız onun ağır xəstə olduğunu bildirib.

Fotonun müəllifi AP
Image caption Polis cümə günü Səmərqəndin bir ərazisində keşik çəkir.

Yüksək ranqlı Azərbaycan diplomatı BBC Azərbaycancaya danışarkən, Prezident İlham Əliyevin dəfndə iştirakının mümkünlüyünü bildirib.

"Ölüm xəbərinin rəsmən təsdiq olunmasından sonra dəfn mərasimində Azərbaycan hansı səviyyədə təmsiil olunacaq" sualına bununla bağlı qərar açıqlanmadan öncə, Azərbaycanın Orta Asiya ölkələrindən birində səfir deyib ki, 2003-cü ildə prezident Heydər Əliyev vəfat edərkən dəfn mərasimində "Özbəkistan, prezident İslam Kərimov səviyyəsində təmsil olunmuşdu". O, adının açıqlanmasını istəməyib.

Özbəkistan dövlət televiziyası bu gün ölüm xəbərindən daha öncə əyləncəli proqramlarını dayandırıb.

İslam Kərimov Özbəkistanı 1989-cu ildən bəri idarə edib.

Həmçinin izləyin: Özbəkistanın yeni rəhbəri "hakimiyyətini gücləndirməyə çalışacaq"

Türkiyədən başsağlığı

Türkiyə Baş Naziri Binali Yıldırım Özbəkistan Prezidenti İslam Kərimovun öldüyünü bəyan edib.

"Özbəkistan dövlət başçısı İslam Kərimov həyatını itirdi. Allahdan rəhmət diləyirik. Özbək xalqının acılarını paylaşırıq", o deyib.

Fotonun müəllifi Turkish TV

Cənab Yıldırım 65-ci hökumətin fəaliyyətinin 100-cü gününün dəyərləndirilməsi ilə bağlı keçirdiyi açıq toplantıda özbək liderin vəfatı ilə bağlı başsağlığı verib.

Ancaq bu xəbər hələ ki, Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib. Bu gün Özbəkistan hökuməti İslam Kərimovun vəziyyətinin "kritik" olduğunu bildirib.

Bu arada ABŞ-da mülki aviasiyaya nəzarət edən Federal Aviasiya Administrasiyası bildirir ki, Özbəkistanın Səmərqənd şəhərindəki aeroportu şənbə günü, sentyabrın 3-də rəsmi təsdiqılənmişlərdən savayı bütün təyyarələr üçün qapalı olacaq. Bü günə icazələrin hamsı ləğv olunub, qurumun saytında bildirilir.

Bu barədə daha geniş