Britaniyada tələbələr məktəb formasına görə evə göndərilir

Hartsdown Academy Fotonun müəllifi Hartsdown Academy
Image caption Şagirdlər tədris ilinin ilk günündə evə göndərilib

Britaniyadakı məktəbdə formalar barədə qaydalara riayət etməyən məktəblilər evə göndərilib. Bundan bir gün öncə tədris ilinin ilk günündə, məktəbin girişindəki təşvişli səhnələrə polis cəlb olunmuşdu.

Hartsdown Academy məktəbinin direktoru Matthew Tate deyib ki, bəzi şagirdlər idman şalvarında və "dəriyə yapışan" paltarda gəliblər.

Bəzi valideynlər yeni direktoru "həddindən artıq həvəsli" hesab edir.

Çərşənbə axşamı günü 50, çərşənbə günü isə 20 şagird evə göndərilib.

Fotonun müəllifi Dave Hopper
Image caption Kimberley Hopper "yanlış qara ayaqqabı" geyindiyi üçün evə göndərilib

Cənab Tate deyib ki, forma barədə qaydalara riayət edən şagirdlərin davranışları və təhsildə göstərdiyi nəticələri daha yaxşı olur.

Bundan başqa o, "yersiz" ayaqqabıda və ya pencəksiz məktəbə gələn şagirdlərdən şikayət edib.

Şagirdlərə töhmət verilməyib, lakin onlardan tələb olunub ki, evə gedib düzgün formanı geyinib qayıtsınlar. Bu barədə onların valideynlərinə məlumat verilib.

Cənab Tate deyib ki, məsələ ilə bağlı iyul ayında evə məktublar göndərilib və valideynlərin əksəriyyəti onu dəstəkləyir.

Əlaqəli mövzular