Siz 10 dəqiqəyə ev tikə bilərsiniz?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Siz 10 dəqiqəyə ev tikə bilərsiniz?

Yeni rekord Qırğızıstanda keçirilən İkinci Beynəlxalq Köçəri Oyunlarında qeydə alınıb.

Ölkə boyu 33 komanda ənənəvi qırğız yurtu tikmək üçün yarışıblar.

İssık-Atanı təmsil edən komanda 10 dəqiqə 15 saniyəyə yurt tikməklə yeni rekorda imza atıb.

Bundan əvvəlki rekord 17 dəqiqə təşkil edirdi.

Olimpiadadan fərqli olaraq Nomad oyunlarında bütün ənənəvi idman yarışları təmsil olunur.

İkinci Beynəlxalq Köçəri Oyunlarında Azərbaycan komandası da iştirak edib.

Əlaqəli mövzular