Britaniya tarixində ölülərlə şəkil çəkdirmək ənənəsi

Victoria dövrünün uşaqları Fotonun müəllifi .
Image caption Victoria dövründə Britaniyada çoxuşaqlı ailələr geniş yayılmışdı və uşaq ölümlərinin sayı da çox idi. Bu fotodakı ən kiçik uşaq əslində ölüdür və dəstəklə ayaq üstündə saxlanılıb

Kraliça Victoria dövründə (1837-1901) Britaniyada ölülərlə şəkil çəkdirmək ənənəsi geniş yayılmışdı. Yaxınlarını itirənlər, onları əbədiləşdirmək üçün son bir dəfə də ölüləriylə şəkil çəkdirirdilər.

Bu cür fotolar insanları narahat edir, onlara qəribə təsir göstərir. Ölülərlə birlikdə poza verən ailələr, yatmış kimi görünən uşaqlar və zərif bir şəkildə yastlanmış gənc qadınlar.

Victoria dövründə xəstəlikdən ölənlərin sayı çox olurdu. Difteriya, yatalaq, vəba xəstəlikləri ölkədə çoxsaylı ölümlərə yol açırdı. 1861-ci ildə sonra isə Kraliça yeni bir növ ölüm dəbi yaratdı.

Əslində "memento mori - öləcəyini unutma" əşyaları Victoria dövründən əvvəl də fəqrli formalarda mövcud idi.

Fotonun müəllifi .
Image caption Foto çəkilişlərində uzun vaxt ərzində hərəkətsiz olan ölülər yanlarındakı canlılardan daha dəqiq görünürdülər
Fotonun müəllifi .
Image caption Fotostudiyalarda ölülərlə çəkilmiş şəkillər yaxınlarına açıqca halında təqdim olunurdu
Fotonun müəllifi Ann Longmore-Etheridge Collection
Image caption Bəzi fotolarda ölünü daha canlı göstərmək üçün çap zamanı bir sıra çəkiliş üsullarından istifadə olunurdu

Ölülərin kəsilən saçları boyunbağı və ya üzüklərdə saxlanılır, mumdan ölüm maskaları hazırlanır və portret və heykəllərdə ölümün simvolları yer alırdı.

Lakin 1800-cü illərin ortalarında fotoqrafiya məşhurlaşmağa və ucuzlaşmağa başladı. Beləliklə də memento mori şəkilləri ortaya çıxdı.

Əslində fotoqrafiya yenə də bahalı bir lüks idi, lakin portretdən daha ucuz başa gəlirdi.

Fotonun müəllifi .
Image caption Bu fotodakı ekizlərdən bir ölü, digəri isə sağdır. Ölü körpənin ətrafında güllər qoyulub
Fotonun müəllifi Ann Longmore-Etheridge Collection
Image caption İki bacı ölmüş analarının yanında, ortada ölmüş körpəsi üçün yas saxlayan ata. Sağdakı qadın isə ölmüş uşağını saxlayıb
Fotonun müəllifi .
Image caption Ailəvi foto. Yerdə yatmış kimi görünən uşaq əslində ölüdür

Victoria dövründə qızılca, difteriya, qızılazar və məxmərək xəstəlikləri geniş yayılmışdı və uşaqlar arasında tələfat çox idi.

Uşaqlarının şəkillərini çəkdirib, xatirələrini yaşatmaq ailələrin ağlına əsasən ölümdən sonra gəlirdi.

Lakin tibbdə inkişaf uşaq ölümlərinin sayını azaltdıqca, ölüm fotolarına tələbat da azaldı.

Fotonun müəllifi .
Image caption Fotodakı uşağın gözləri rənglənib. Kiçik qız isə oyuncaqları ilə birgə yatmış kimi görünür
Fotonun müəllifi .
Image caption Bir yaxının ölümü əsasən ailə fotolarının çəkilməsinə səbəb olurdu. Çünki bu, ölən bir uşağın şəklinə sahib olmaq üçün son şans idi
Fotonun müəllifi .
Image caption Memento mori fotoları təkcə Britaniyada populyar deyildi. Bu şəkillər Avstraliyada çəkilib

Əlaqəli mövzular