Harmony of the Seas gəmisində qəza: 1 ölü, 4 yaralı

Harmony of the Seas Fotonun müəllifi PA
Image caption Harmony of the Seas bu ilin mayında istifadəyə verilib

Dünyanın ən böyük Harmony of the Seas səyahət gəmisində baş vermiş hadisə nəticəsində bir komanda üzvü ölüb və ikisi ağır olmaqla, dörd nəfər yaralanıb.

Marsel şəhərində tənəffüs edərkən komanda təhlükəsizlik tapşırığını həyata keçirərkən xilas qayığı beşinci göyərtədən qırılaraq düşüb.

Harmony of the Seas gəmisi 8000 nəfərdən çox sərnişin və komanda daşımağa qadirdir.

25 mərtəbəli gəmi Royal Caribbean İnternational şirkətinə aiddir. O, bu ilin may ayında istismara verilib.

Bu barədə daha geniş