Bu şəkildə neçə nöqtə var?

JACQUES NINIO Fotonun müəllifi JACQUES NINIO

Alim Jacques Ninio-nun yaratdığı optik illüziya sosial mediada "Şəkildə neçə nöqtə var?" sualı ətrafında geniş müzakirələrə səbəb olub.

İlk baxışda şəkildəki 12 nöqtəni eyni anda görmək demək olar ki, mümkün deyil.

Yaponiyalı psixologiya professoru Akiyoşi Kitaoka-nın Facebook-da paylaşdığı görüntü 24 saat içində yeddi min dəfə paylaşılıb.

Oyunlar hazırlayan Will Kerslake illüziyanı Twitter-də paylaşaraq yazıb: "Xətlərin kəsişdiyi yerlərdə 12 qara nöqtə var, lakin beynimiz eyni anda hamısını görməyə imkan vermir".

Bu tvit 24 saat içində 27 min nəfər tərəfindən paylaşılıb.

Fotonun müəllifi TWITTER / @TWIZTEDSHOTZTV
Image caption 'Problem yoxdur, hamısını görə bilirəm,' bu istifadəçi yazıb

Fransalı elm adamı Jacques Ninio-un adı verilmiş təsvir şaquli, üfiqi və diaqonal xətlərdən formalaşıb. Xətlərin kəsişməsində 12 qara nöqtə mövcuddur.

"Əksəriyyət eyni anda 12 nöqtəni görə bilmir"

Alimlərə görə, göz müəyyən bir naxış gördüyü zaman, beynin bunu düzgün hesablaması hərmişə mümkün olmaya bilər.

Belə vəziyyətdə Ninio-nun açıqlaması belədir:

"Nöqtələrin ətrafındakı ağ çəmbərlər kiçildildiyi zaman və ətrafına nazik, qara bir çəmbər çəkiləndə gözdən itir. İlk baxışda onların cəmi bir neçəsini görmək mümkün olur".

Bir Twitter istifadəçisi Dan yazıb ki, gözün daxili təbəqəsi olan retina bütün nöqtələri eyni anda görməyimizə imkan vermir.

Digər bir Twitter istifadəçisi isə "Müxtəlif vasitələrlə baxmağa çalışsam da hamısını eyni anda görə bilmədim, bir nöqtədən sonra baş ağrısı verir," deyə yazıb.