Qütb ayıları rusiyalı alimləri "mühasirəyə alıb"

Qütb ayıları Fotonun müəllifi AP
Image caption Qütb ayıları əsasən suiti yeyir

Arktikadakı Troynoy Adasında yerləşən ucqar meteorologiya stansiyasında işləyən beş rusiyalı alim təxminən iki həftə ərzində qütb ayılarının mühasirəsində qalmalı olub.

Stansiyanın rəhbəri Vladimir Plotnikov bildirib ki, 10 böyük və dörd bala ayı stansiyanı avqustun 31-də mühasirədə saxlayıb.

Ayılar müşahidələrin həyata keçirilməsinə mane olub və alimlərdən birinin itini öldürüb.

Alimlər ayıları qorxutmaq üçün fişənglər istəyiblər.

Meteorologiya stansiyasına sahib olan dövlət monitorinq şəbəkəsindən Vasili Şevçenko BBC-ə bildirib ki, Arktik gəmi yaxınlıqdakı adaya gedib və oradan da tədarük helikopter vasitəsilə göndərilib.

Bundan başqa iki it də göndərilib.

Alimlərin vəziyyətinin yaxşı olduğu bildirilir.

"Bizə dedilər ki, dişi qütb ayısı gecələri balası ilə stansiyanın pəncərəsi altında keçirir," cənab Şevçenko deyib.

"Biz onlara çox diqqətli olmağı və içəridə qalmağı tapşırdıq".

Ərazidə ayılar yaşadığından belə hadisə ilk dəfə deyil ki, baş verir, o əlavə edib.

O hesab edir ki, ayıları ora yemək qalıqları cəlb edə bilər.

Qütb ayısı ən böyük ət yeyən heyvandır və 800 kq ağırlığında ola bilər.

Dünya Vəhşi Təbiət Fondu bildirir ki, qütb ayıları təhlükə altında olan heyvanlara aid edilir. Ən böyük təhlükə iqlim dəyişikliyidir.

Əlaqəli mövzular