Cənubi Koreyanın komediya verilişində ABŞ və Cənubi Koreya prezidentləri

Şimali Koreyanın komediya verilişi Fotonun müəllifi Korea Central Television
Image caption "Prezident Obama" (sağda) Şimali Koreyanın nüvə testlərindən narahatdır

Şimali Koreya televiziyası gülməli verilişləriylə tanınmır, amma illərlə yayımlanmayan komediya verlişinin dalğalara qayıtması bunu dəyişib.

Müəllif JH Ahn NK News məqaləsində yazır ki, "Songun-un təqdim etdiyini nikbinlik mərhələsi" adlanan satirik verliş Koreanın Mərkəzi Televiziyasında ilk dəfə Avqust ayının sonunda görüntülənib və indiyədək müntəzəm fasilədən sonra iki növbəti epizod da yayımlanıb.

"Songun" - Şimali Koreyanın silahlı qüvvələrinə dövlət işləri və əyləncədə prioritet verən "silahlı qüvvələr birinci" siyasətidir.

Demək olar ki, Şimali koreyalı tamaşaçılar tərəfindən izlənən verilişlərin hamısı yə Kim ailəsinin hökmünü qey edir, ya da ki, Cənubi Koreya və Amerikaya hücum edir.

Bu baxımdan yeni veriliş digərlərindən fərqlənmir. Studiya tamaşaçıları qarşısında, sadə səhnədə adətən hərbi forma üstündən gödəkcə geyinmiş aktoyrlar Prezident Obama, və tamaşada "Nənə" adlanan Cənubi Koreya prezidenti Park Geun-hye-ı ələ salırlar.

Prezident Obamanın başı niyə bintlə bağlıdır?

NK News yazır ki, Mərkəzi TV-nin YouTube kanalına yerləşdirilən verilişlərin birində, Prezident Obama başının nəyə görə bintlə bağlı olduğunu köməkçisinə izah edir.

O deyir ki, bu, Şimali Koreyanın hidrogen bomba testi xəbərindən şoka düşərək yıxılmasının nəticəsidir.

Başqa bir səhnədə isə rüşvətxor polislər yalan yerə bir qrup Cənubi koreyalını anti-ABŞ etirazında iştirak etməkdə təqsirləndirir.

Şimali Koreyanın televiziya verlişlərinin verilənlər bazasını təmin edən Cənubi Koreya Birləşmə Nazirliyinin dediklərinə görə, komediya verilişi sonuncu dəfə 2012-ci ildə, Kim Jong Unun hökmünün ilk günlərində yayımlanmışdı.

Bundan qabaq isə verliş 7 il yayımlanmamışdı. Verilişin qayıtmasının səbəbi bilinmir.

Fotonun müəllifi Korea Central Television
Image caption Auditoriya komediya verilişinə baxıb gülür

Əlaqəli mövzular

Bu barədə daha geniş