Angelina Jolie "Brad Pitt-dən boşanır"

Brad Pitt and Angelina Jolie Fotonun müəllifi Getty Images
Image caption Cütlük 2004-cü ildən bir yerdədir

Aktrisa Angelina Jolie Brad Pitt-dən boşanmaq üçün ərizə verib, onun vəkili bu məlumatı təsdiqləyib.

Robert Offer deyib ki, xanım Jolie bazar ertəsi "evliliyin ləğvi" üçün müraciət edib. Bu qərar "ailənin rifahı üçün" verilib, vəkil əlavə edib.

"O, [məsələni] şərh etməyəcək və xahiş edir ki, belə bir vaxtda ailənin şəxsi həyatına hörmətlə yanaşılsın", cənab Offerin bəyanatında əlavə olunur.

Cütlüyün 2004-cü ildən bir yerdə olmasına baxmayaraq yalnız 2014-cü ildə evləniblər.

Onların birlikdə 6 uşağı var - Maddox, Pax, Zahara, Shiloh, və ekizlər Knox və Vivienne.

Pərəstişkarların "Brangelina" adlandırdığı Jolie və Pitt, Hollywood-un ən məşhur cütlüklərindən biridir.

Fotonun müəllifi Anthony Harvey (Getty)
Fotonun müəllifi Junko Kimura / Getty
Image caption Onların birlikdə 6 uşağı var - Maddox, Pax, Zahara, Shiloh, və ekizlər Knox və Vivienne.

Əlaqəli mövzular

Bu barədə daha geniş