Avropada marixuana çəkən "azyaşlıların sayı artıb"

Roma Fotonun müəllifi Getty Images
Image caption Roma: 2005-ci ildə İtaliya qapalı ictimai yerlərdə siqaret çəkməyi qadağan edib.

Avropada 15-16 yaşlılar arasında siqaret çəkən və spirtli içki içənlərin sayı azalsa da, marixuanadan istifadə edənlərin sayı artmaqdadır, Avropa İttifaqı sorğusunda deyilir.

2015-ci il üçün Espad hesabatı bir çox Aİ ölkələrini əhatə etsə də, Almaniya və Böyük Britaniya üzrə məlumatlar ona daxil deyil və İspaniya aid göstəricilər tamamlanmayıb.

2015-ci ildə sorğuda iştirak edənlərdən 21 faizi "hazırda siqaret çəkənlər" olub, ən böyük göstərici isə İtaliyada qeydə alınıb (37 faiz).

1995-2015-ci illərdə ötən 30 gündə spirtli içki qəbul etmişlərin sayı 56 faizdən 47 faizə düşüb. Ən çox marixuana çəkənlər isə Çexiyada olub (37 faiz).

Avropada sorğuya qatılmışlar arasında marixuanadan istifadə edənlər orta hesabla 16 faiz təşkil edib. Bu, İspaniya ilə ( 27 faiz) müqayisədə daha azdır.

Marixuananı ekstazi və ya kokain kimi digər narkotik maddələrlə müqayisədə daha rahat əldə etmək mümkün olub.

"Marixuanadan hazırda və ümumiyyətlə istifadəsi 1995-2015-ci illər arasında müvafiq olaraq 11 faizdən 17 faizə və 4 faizdən 7 faizədək artıb," Espad deyir.

Nəticələrdən məlum olub ki, marixuanadan istifadəyə görə Avropa ölkələri arasında böyük fərq var - Bolqarıstan, Yunanıstan, Polşa və Rumıniyada, digər ölkələrlə müqayisədə artım müşahidə olunub.

Fotonun müəllifi AFP
Image caption Hesabata görə Avropa ölkələrində marixuana çəkənlərin sayı arasındakı böyük fərqlərin səbəblər məlum deyil

Yeni narkotik

Avropalı azyaşlılar arasında spirtli içkilərdən istifadə hələ də yüksək olaraq qalmaqdadır, hesabatda deyilir. Lakin 1995-2015-ci illər arasında ümumi istifadəçilərin sayı 89 faizdən 81 faizə enib.

Danimarka istisna olmaqla Skandinaviya ölkələri azyaşlıların ən az spirtli içki qəbul etdiyi ölkələr sırasındadır.

Ən çox spirtli içkinin qəbul olunduğu ölkələr Avstriya, Bolqarıstan və Macarıstan olub.

Əsasən anti-narkotik qanunlarla tənzimlənməyən yeni psixoaktiv maddələrin (NPS) istifadəsi "görünür amfetamin, ekstazi, kokain və ya LSD-dən daha çox yayılıb," Espad bildirir.

NPS kimyavi maddələri qanunsuz narkotik maddələrin təsirinə bənsəyir.

Estoniya və Polşada tələbələrin (hər ikisində 8 faiz) NPS-dən daha çox istifadə edə biləcəyi deyilir. Bu rəqəm Avropada ortalama 4 faiz təşkil edir.

Əlaqəli mövzular