Brad Pitt Angelina Jolie-dən boşandığına görə "məyusdur"

Angelina Jolie və Brad Pitt Fotonun müəllifi AFP
Image caption Jolie və Pitt 2014-cü ildə Fransanın Provence regionunda evləniblər

Aktyor Brad Pitt bildirb ki, arvadı Angelina Jolie-nin boşnma ərizəsinə görə "çox məyusdur" və o, şəxsi həyatlarına hörmətlə yanaşılmasını istəyib.

"Buna görə çox məyusam, lakin indi hər şeydən vacib uşaqlarımızın həyatıdır," aktyor "People" jurnalına deyib.

"Mən mediadan xahiş edirəm ki, belə bir çətin vaxtda onları rahat buraxsınlar".

Bazar ertəsi 41 yaşlı Jolie aralarındakı ciddi fərqlərə görə 52 yaşlı Pitt-dən boşanma ərizəsi ilə müraciət edib.

Onun vəkili Robert Offer bildirib ki, qərar "ailənin rifahı üçün" verilib.

Boşanmanın səbəbləri ilə bağlı ziddiyyətli məlumatlar var. Bu barədə xəbər verən qəzetlərdən birinin bildirdiyinə görə Jolie "Pitt-in valideynlik bacarığından narazıdır".

Xanım Jolie-nin meneceri Geyser Kosinski "E! Online" saytında danışıb: "Angelina həmişə ailəsinin maraqlarına xidmət edəcək".

Fotonun müəllifi Universal Pictures
Image caption Cütlük Jolie-nin yazdığı və rejissoru olduğu 2015-ci ildə çəkilmiş "Dəniz Kənarında" filmində birgə iştirak ediblər

"Brangelina" ləqəbini qazanmış Pitt və Jolie 2014-cü ildə evləniblər. Onlar 2005-ci ildə çəkilmiş "Mr və Mrs Smith" filmindən bəri bir yerdədirlər.

Bu Brad Pitt-in ikinci evliliyidir. Bundan öncə o, aktrisa Jennifer Aniston ilə evli idi.

Angelina Jolie isə aktyor Billy BobThornton və Jonny Lee Miller-dən sonra üçüncü dəfədir ki, evlənmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş