ABŞ: 6 yaşlı Alex Obamaya məktubunda suriyalı oğlana evində qalmağı təklif edib

Alex və Omran Fotonun müəllifi White House / Reuters

Altı yaşlı amerikalı oğlanın suriyalı qaçqının onlarda qalması təklifi ilə prezident Barack Obamaya yazdığı məktub geniş yayılıb.

New Yorkdan olan Alex bu məktubu Omran Daqnişin qan içində və halsız fotosunu gördükdən sonra yazıb.

Onun görüntüləri dünyada qəzəbə səbəb olmuşdu.

Cənab Obama deyib ki, məktub "hələ sinik, şübhəli və ya xoflu olmağı öyrənməmiş" uşaqdandır.

Video Facebook-da 60 mindən çox paylaşılıb.

"Əziz prezident Obama, Suriyada ambulansda oturmuş oğlanı xatırlayırsız?" Alexin Ağ Evə göndirdiyi məktubunda deyilir.

"Zəhmət olmasa onu tapıb bizim evə gətirə bilərsinizmi... Biz sizi bayraqlar, güllər və şarlarla gözləyəcəyik. Biz ona ailə bəxş edəcəyik və o bizim qardaşımız olacaq".

Fotonun müəllifi White House
Image caption Ağ Ev də Alex-in məktubunu paylaşıb

Cənab Obama BMT-nin qaçqın böhranı ilə bağlı sammitində Alex-in sözlərindən sitat gətirib.

"Biz hamımız daha çox Alex kimi olmalıyıq," prezident yazıb.

Təsəvvür edin əgər belə olsaydı dünya necə olardı. Təsəvvür edin nə qədər iztirab azalar və nə qədər həyat xilas olardı".

Sosial mediada bir çox istifadəçi prezidentin bu yanaşmasını alqışlayıb - lakin diqqəti əsasən gənc Alex-ə yönəldiblər.

"Əksər böyüklərdən daha çox insanlığa, sevgiyə və anlayışa malik olan altı yaşlı uşaq. Valideynlərinə halal olsun," Texasdan olan qadın Facebook-da şərh yazıb.

Avqust ayında Ağ Ev bildirib ki, ABŞ 10000 suriyalı qaçqını qəbul edib. 2017-ci maliyyə ilində əlavə 110000 qaçqını qəbul etməyə hazırıq, cənab Obama deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş