FTB Brad Pitt-ə qarşı ittihamı araşdıra bilər

Brad Pitt Fotonun müəllifi Getty Images
Image caption Pitt People jurnalına deyib ki, o boşanma qərarından "kədərlənib"

Federal Təhqiqatlar Bürosu bildirir ki, Brad Pitt və övladlarının ötən həftə şəxsi təyyarədə baş vermiş hadisə ilə bağlı məlumat toplayır.

FTB əlavə edib ki, məlumat toplanışından sonra təhqiqat aparılıb-aparılmayacağı bəlli olacaq.

Bazar ertəsi Pitt-in həyat yoldaşı Angelina Jolie ailədə kəskin fərqlərin mövcud olması səbəbilə boşanma ərazəsini verib.

Jolie hakimdən 6 uşağı üçün mühafizə xidməti və Pitt-ə ziyarət hüququnun verilməsini istəyib.

Pitt People jurnalına deyib ki, o boşanma qərarından "kədərlənib".

"İndi əsas məsələ övladlarımızın yaxşı olmasıdır", deyən Pitt mediadan onlara qarşı diqqətli olmağı xahiş edib.

Fotonun müəllifi AP
Image caption Jolie bazar günü boşanma ərizəsi yazıb

Jolie-nin vəkili Robert Offer bildirib ki, boşanma qərarı "ailənin sağlamlığı naminə" verilib.

Los Angeles Polis İdarəsi BBC-ə deyib ki, onlarda hələlik cənab Pitt-in uşaqlara qarşı kobudluq etməsinə dair hansısa sənəd və ittiham yoxdur.

Əlaqəli mövzular