Snapchat-dan yeni kameralı eynək: Spectacles

YouTube-da Spectacles eynəklərinin reklam videosu paylaşılıb Fotonun müəllifi Snap
Image caption YouTube-da Spectacles eynəklərinin reklam videosu paylaşılıb

Snapchat mesajlaşma tətbiqi ilk cihazını - kameralı eynək təqdim edib, BBC texnologiya müxbiri Dave Lee yazır.

Qiyməti 130 dollar olan bu cihaz Spectacles adlanır və ilin sonunda satışa buraxılacaq.

Eynək 30 saniyəyədək video çəkmək qabiliyyətinə malikdir.

Eyni zamanda, Snapchat yeni brend adının Snap, İnc olduğunu açıqlayıb.

Snap-ın 26 yaşlı rəhbəri Evan Spiegel deyib ki, o ilk dəfə Kaliforniya dövlət pakına istirahətə getdiyi zaman bu eynəkdən istifadə edib.

Fotonun müəllifi Snap
Image caption Snap bildirib ki, eynəyin ilk zamanlar məhdud sayda buraxılacaq

"Gözünlə gördüklərinin fotolarına baxmaq bir yana, görüb yaşadıqlarını yaşamaq bir yana", deyən əlavə edib ki, bu keçmiş hisləri real yaşamaq imkanı verir.

Yeni eynək bir çoxlarına Google Glass eynəklərini xatırladıb.

Hərçənd ki, Google şirkətinin 1500 dollara satılan eynəklərinin əsas müştəriləri proqramçılar olub. Google Glass adi istifadəçilər üçün o qədər də maraqlı cihaza çevrilə bilmədi.

Fotonun müəllifi Getty Images
Image caption Bir çoxları düşünür ki, Google Glass onu taxanları axmaq kimi göstərir

Creative Strategies-dən texnologiya istismarı təhlilçisi Carolina Milanesi deyir ki, Snap-ın eynəklərinin dizaynı fərqli olduğundan onun populyarlıq qazanma ehtimalı var.

"Eynəklərdə kamera yaxşı gizlədilib, lakin onun da məhdudiyyəti vardır- gərək bütün gün küçədə olasan"

Wall Street Journal ehtimal edib ki, Snap eynəyi məhdud sayda istehsal edəcək.

Əlaqəli mövzular