Hörümçək ikinci dəfədir ki, kişinin cinsiyyət orqanını dişləyir

Qırmızıqarın hörümçək Fotonun müəllifi Getty Images
Image caption Qırmızıqarın hörümçək dişləməsi halları Avstraliyada geniş yayılıb. Hər il təxminən 2000 insan onun hücumuna məruz qalır

Avstraliyada 21 yaşlı iş adamının cinsiyyət orqanını tualetdə, artıq ikinci dəfədir ki, zəhərli hörümçək dişləyir.

O, çərşənbə axşamı Sidenydə portativ tualetdən istifadə edərkən hörümçəyin hücumuna məruz qalıb.

Bununla da ikinci dəfədir ki, hörümçək onun cinsiyyət orqanını dişləyir. Bundan beş ay əvvəl də eyni hal təkrar olmuşdu.

Soyadını açıqlamaq istəməyən Jordan deyib ki, hörümçək bu dəfə də "demək olar ki, eyni yerdən" dişləyib.

"Mən hazırda ölkənin ən bəxtsiz adamıyam," o BBC-ə deyib.

"Tualetdə oturub işimi görürdüm ki, sancı hiss etdim.

"Özümə dedim ki, belə də şey olar, eyni şey təkrar baş verdi. Əyilib hörümçəyin ayaqların gördüm".

O deyib ki, ilk dəfə baş vermiş hadisədən sonra portativ tualetə qarşı ehtiyyatlı davranmağa başlayıb.

"Birinci dəfə bu baş verəndə bir daha ondan istifadə etmək istəmirdim," o deyib.

"Həmin gün tualetlər təmzilənmişdi və fikriləşdim ki, əsil fürsətdir, gedim istifadə edim. Hər iki tərəfi yoxlayandan sonra əyləşdim. Dərhal sonra isə sancıdan iki qat oldum".

İş adamı deyir ki, bu dəfə onu hansı növ hörümçəyin dişlədiyindən əmin deyil.

İş yoldaşları onu Sidenydəki Blacktown Xəstəxanasına çatdırıblar.

"Birinci dəfə baş verəndə onlar narahat idilər," o deyib.

"Bu dəfə isə artıq zarafatlar edirdilər".

Xəstəxana pasientin vəziyyətini müzakirə etmək istəməyib.

Xəstəxananı tərk etmiş Jordan tezliklə işə qayıdacağını deyib, lakin bir daha portativ tualetdən istifadə etməyəcəyini bildirib.

Qırmızıqarın hörümçək, qara dul hörümçəklə qohumdur və qarnındakı qırmızı zolaqla fərqlənir.

Hörümçək dişləyəndən sonra ağır sancı və ürək bulanması baş verir.

Qırmızıqarın hörümçəyin dişləməsilə əvvəllər ölüm halları qeydə alınsa da, 1956-cı ildə zəhərə qarşı dərmanın ortaya çıxması ilə ölüm halları baş verməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş