Blackberry smartfon buraxmayacaq

Fotonun müəllifi AFP
Image caption Blackberry əvvəllər smartfon bazarının liderlərindən olub

Kanada şirkəti olan Blackberry smartfon istehsalından imtina edərək proqram təminatının hazırlanması ilə məşğul olacaq.

Şirkərin bu qərarına Android əməliyyat sisteminə uğursuz keçid səbəb olub, Blackberry-nin bəyanatında deyilir.

Blackberry-nin yeni modelinə tələbatı artırmaq cəhdləri səmərəli nəticə verməyib.

Blackberry üçün komponentlərin hazırlanması və istehsalı şirkətin partnyorlarına həvalə edilib. Hazırda şirkətin kapitallaşdırılması 5,4 milyard dollar təşkil edir.

2000-ci illərin əvvəllərində Blackberry smartfon bazarının liderlərlərindən biri olub.

Lakin iPhone və Android telefonları ilə rəqabətə tab gətirməyib.

Son illərdə Blackberry-in istehsal etdiyi telefonlara tələbat davamlı olaraq aşağı düşüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş