Samsung-un paltaryuyan maşını "partlayıb"

Samsung Fotonun müəllifi Getty Images

Samsung şirkəti paltaryuyan maşınının "partlaması" ilə bağlı iddiadan sonra ABŞ-da istehsala nəzarət edən təşkilatlarla müzakirələr apardığını təsdiqləyib.

İstehlak olunan Məhsulun Təhlükəsizliyi Komissiysası (CPSC) Samsung-un bəzi avadanlıqlarındakı problemlər barədə xəbərdarlıq edib.

ABŞ-ın hüquq şirkəti Samsung-a qarşı iddia qaldıraraq bildirib ki, texniki qüsur insanların xəsarət almasına yol aça bilər.

Bundan əvvəl isə Samsung-un Note 7 smartfonunun batareyasında "partlayış" səs-küyə səbəb olmuşdu.

"Nadir hallarda problemi olan avadanlıqlarda qeyri-adi vibrasiyalar baş verə bilər ki, bu da yataq, həcmli və suya davamlı əşyaların yuyulduğu zaman kiminsə xəsarət almasına və ya mənzilin zərər görməsinə gətirib çıxara bilər," Samsung öz saytında bildirib.

Cənubi Koreya şirkəti problemli modellərə sahib istehlakçılara, bu cür əşyaları yuyarkən aşağı sürətdən istifadə etmələrini məsləhət görür.

Samsung problemli modelləri açıqlamasa da, müştərilər maşının seria nömrəsini daxil etməklə bunu aşkar edə bilərlər.

Fotonun müəllifi Ariel Gonzalez
Image caption Yanmış Samsung Galaxy Note 7

Əlaqəli mövzular

Bu barədə daha geniş