Hər 10 uşaqdan biri “QİÇS-a qarşı müdafiə” olunur

HIV Fotonun müəllifi SPL

Elmi araşdırma göstərir ki, uşaqların 10 faizində "meymuna-bənzər" immun sisteminin olması onlarda QİÇS-ın inkişafının qarşısını almağa şərait yaradır.

Science Translational elmi jurnalında dərc edilmiş araşdırma, bu uşaqların immun sistemlərinin məhv edilməsinin qabağını aldıqlarını göstərir.

Müalicə edilməmiş İİV infeksiyası 2.5 il ərzində uşaqların 60 faizini öldürür, amma meymunlarda eyni infeksiya ölümcül deyil.

Araşdırmanın nəticələri İİV-in yeni immun sistemi üzrə qurulmuş müalicəsinin kəşfinə yol aça bilər.

Virus immun sistemini məhv edərək bədəni başqa infeksiyalara həssas edir. Buna qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) deyilir.

Alimlər İİV-ə yoluxmuş, amma müalicə edilməmiş və QİÇS inkişaf etməmiş 170 canubi afrikalı uşaqların qanlarını analiz ediblər.

Testlər göstərib ki, onların qanlarının hər millimetrində on minlərlə insanın immun çatışmazlığı virusları mövcüddur.

Normalda bu, onların immun sistemlərini infeksiyaya qarşı mübarizə aparmağa cəhd etdikdə qızışdırıb, onları ciddi şəkildə xəstələndirməlidir. Lakin bu baş verməyib.

Sabit immun sistemi

Oxford Universitetindən olan alimlərdən biri, profesor Philip Goulder BBC-ə deyib ki, "onların immun sistemləri virusu mümkün olduqca görməməzliyə vurur".

"Virusa qarşı mübarizə aparmaq çox vaxt düzgün hərəkət deyil", o vurğulayıb.

Məntiqsiz görünsə də, virusa hücüm etməmək immun sistemini xilas edir.

İİV immun sisteminin döyüşçüləri, ağ qan hüceyrələrini öldürür.

Və bədənin müdafisəi qızdıqca xroniki iltihabın nəticəsində onların daha çoxu öldürülə bilər.

Alimlərə görə bu uşaqların 10 faizinin virusun öhdəsindən gəlməsi ilə 40-dan çox primatın meymun immun çatışmazlığı virusunun öhdəsindən gəlməsi arasında bənzərlik var.

Onlar infeksiya ilə mübarizə aparmaq üçün yüz minlərlə il ərzində təkamül keçiblər.

"Bu hallarda təbii seçim baş verib və bu, xəstəliyin inkişaf etmədiyi uşaqlardakı mexanizmə çox bənzəyir", professor Goulder deyib.

Hərb yoxsa sülh?

QİÇS-a qarşı bu müdafiə əksərən uşaqlarda mövcud olur.

Böyüklərin immun sistemi demək olar ki, həmişə uğursuzluqla nəticələnən mübarizədə virusu öldürməyə hər cür cəhd göstərər.

Uşaqların nisbətən dözümlü immun sistemi olur hansı ki, onlar böyüdükcə aqqresivləşir. Məsələn, immun sisteminin reaksiyasındakı fərqə görə suçiçəyi xəstəliyi böyüklərdə uşaqlardan daha ağır olur.

Amma bu o deməkdir ki, xəstəlikdən qorunan uşaqları böyüdükcə və immun sistemləri yetişdikcə QİÇS-ın inkişafı təhlükəsi gözləyə bilər.

Onların bəzilərində bu baş verir, bəzilərində isə QİÇS inkişaf etmir.

Amerikanın Emory Universitetindən doktor Ann Chahroudi və doktor Guido Silvestri deyib ki, bu araşdırma "insanlarda İİV-in birgə inkişafının erkən əlamətlərini" aşkar edə bilər.

"Yeniyetməlikdə cinsi partnoyların İİV-in ötürülməsinə təsirini nəzərə aldıqda bu qiymətləndirmə daha da mürrəkəbləşir".

İİV-ə yoluxmuş insanlar antiretrovirus dərmanlarını istifadə etməklə normal həyat sürə bilərlərlər.

Amma onların super qızmış immun sistemləri heç vaxt normala qayıtmır və onlarda ürək xəstəlikləri, xərçəng və demans təhlükəsi artır.

Profesor Goulder inanır ki, araşdırmanın nəticələri İİV xəstələrinin immun sistemlərini balanslaşdıra bilər.

O, BBC-ə deyib ki, "Ola bilsin ki biz artıq araşdırmanın yeni üsulunu aşkar etmişik. Bu isə gələcəkdə İİV-ə yoluxmuş insanlar üçün yeni müalicələrin hazırlanmasını mümkün edə bilər."

Əlaqəli mövzular