Oğurlanmış Van Gogh əsərləri İtaliyada tapılıb

Vincent van Gogh, Scheveninge-də dəniz görüntüsü, 1882 Fotonun müəllifi Van Gogh museum
Image caption Mütəxəssislər Scheveningen dənizinin təsviri qiymətsiz hesab edir

İtaliya polisi 2002-ci ildə Amsterdam muzeyindən oğurlanmış Van Gogh-un iki rəsm əsərini tapıb, rəsmilər deyir.

Şəhərdəki Van Gogh muzeyi bildirib ki, əsərlər italiyalı prokurorlar və mütəşəkkil cinayətlərə qarşı müstəntiqlərin "kütləvi, davam edən təhqiqatlar" nəticəsində tapılıb.

Əsərlər, oğruların muzeyə nərdivanla girdiyi vaxt oğurlanıb.

İtaliya polisi deyir ki, əsərlər Neapol mafiyası tərəfindən aşkarlanıb.

Muzey bildirib ki, əsərlərin yenidən Amsterdama qaytarılacağı bəlli olmasa da, onlar "nisbətən yaxşı vəziyyətdədir".

Fotonun müəllifi Van Gogh museum

Əlaqəli mövzular