Kim Kardashian Parisdə qarət olunub

Kim Kardashian Fotonun müəllifi Reuters
Image caption Basqın zamanı Kardashian Parisdəki dəbdəbəli iqamətgahda qalıb

Polisin bildirdiyinə görə TV ulduzu Kim Kardashian Parisdəki dəbdəbəli iqamətgahında polis geyimində olan ən azı iki şəxs tərəfindən qarət olunub.

Polis əlavə edib ki, qarət olunmuş əsasən daş-qaşın dəyəri bir neçə milyon avrodur.

35 yaşlı ulduzun sözçüsü deyib ki, "o, hadisədən pis təsirlənsə də, fiziki cəhətdən salamatdır". Qarət zamanı başqa heç kim xəsarət almayıb, polis bildirir.

İna Treciokas CNN-ə bildirib ki, qarət maska geyinmiş silahlı şəxslər tərəfindən törədilib. Digər məlumatlara görə basqınçıların sayı beş olub.

Kardashian-ın əri, rep ifaçısı Kenya West qarət zamanı New York-da keçirilən Meadows Musiqi və İncəsənət Festivalında çıxış edib. O qəfildən çıxışını dayandıraraq tərəfdarlarına deyib: "Üzr istəyirəm, ailə məsələsidir. Çıxışımı dayandırmalıyam".

Kardashian bundan öncə də Parisdəki bu dəbdəbəli iqamətgahda qalıb.

"Ziyanın dəyəri milyonlarla avrodur, əsasən də zinət əşyalarıdır. Dəqiq məbləğ hesablanmalıdır," polis bildirib.

Polislər ərazidə mühafizəni həyata keçirir.

Hadisə zamanı Kardashian-ın iki övladı - üç yaşlı qızı North və 10 aylıq oğlu Saint-in otel otağında olmasına dair heç bir məlumat yoxdur.

Ulduz anası və bacısı ilə birgə Parisə moda həftəsində iştirak etmək üçün gəlib.

Keçən həftə bir nəfər onun ombasından öpməyə çalışsa da, mühafizəçi tərəfindən saxlanılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş