Kim Kardashian: Tanınmış adamlardan oğurlanan brilyantı satmaq asandırmı?

Kim Kardashian West Fotonun müəllifi PA
Image caption Kim Kardashian West qarətdən üç gün əvvəl böyük brilyantla çəkdirdiyi şəkli Twitterə qoymuşdu

Kim Kardashianı qarət edənlər 4 milyon dollarlıq brilyant üzük də daxil, ümumi dəyəri 10 milyon dollar olan cəvahirat aparıblar. Lakin dünyanın ən məşhur adamlarından oğurlanmış brilyantları satmaq nə dərəcədə asandır?

Londonun bütün dünyada məşhur olan cəvahirat məhəlləsi Hatton Garden rayonunda fəaliyyət göstərən brilyant taciri Neil Duttson deyir ki, qiyməti bir neçə milyon avro olan daş çox güman lazerlə nişanlanıb.

Belə daşların üstündə sağanağa yaxın yerdə lazerlə görünməyən işarə vurulur, lakin bu hələ tam təhlükəsizlik təminatı deyildir. Duttson deyir ki, işini bilən adam bu nişanı daşın üstündən cilalamaqla silə bilər.

Buna baxmayaraq, dəyəri 4 milyion dollar olan daş bazarda diqqəti cəlb edə bilər. Buna görə də onu yəqin ki, daha xırda hissələrə parçalaya bilərlər. Bu əlbəttə orjinalın qiymətini aşağa salacaq, lakin doğranmış yeni brilyantlarda aşkar edilə biləcək heç bir nişanə olmayacaq.

"Elə ki, daş doğrandı, vəssəlam, iz itdi, üzük getdi, - deyir Duttson, - Ola bilsin ki, qarətçilər artıq daşları çıxarıb bu işləri görürlər".

Yəqin ki, daş əvvəlcədən danışılmış dəllala gedəcək, - SaferGems brilyant təhlükəszlikyi xidmətindən xəfiyyə Lee Henderson deyir.

Əgər xüsusi tapşırıqla oğurlayanmayıbsa, əksər dilerlər tanınan daşlara yaxın durmurlar.

Fransa polisi düşünür ki, brilyant daşlar sosial mediada göründüyünə görə hədəflənib. Xanım Kardashian qarətdən üç gün əvvəl, deyilənə görə əri, repper Kanye West-in hədiyyəsi olan böyük brilyant daşı Twitterdə nümayiş etdirib.

"Aydındır ki, Twitterdə 48 milyon izləyicisi olan Kim Kardashian kimi məşhur birisinin başına tək Parisdə yox, ümumiyyətlə xaricdə asanlıqla belə bir iş gələ bilərdi, - Paris bələddiyyə polisinin sözçüsü Johanna Primevert Associated Press agentliyinə deyib, - Burada hədəflənən məşhur adamın özü və onun sosial mediada görünmüş əşyalarıdır".

"Daşları tutan qızıl qarmaqcıqlar yəqin ki, söküləcək, - Duttson deyir, - Bu azlıqda qızılı əritməyə dəyməz. Onu lombarda satmaq da naşı adamın axmaqlığı olardı."

Polisin bu daşları tapması çətin məsələdir. Bir də var ki, sən onları bağçanda basdıracaq və sonra qonşuların qarşısında arvadınla bu barədə dava edəcək qədər axmaq olasan.

Əlaqəli mövzular

Bu barədə daha geniş