Hindistan: Aktyor "müsəlman olduğu üçün" filmdən kənarlaşdırılıb

Nawazuddin Siddiqui Fotonun müəllifi Getty Images
Image caption Nəvazuddin Siddiquini məşhur Bollywood aktyorudur

Hindistanda sağçı siyasi partiya "müsəlman olduğu üçün" Bollywood aktyoru Nəvazuddin Siddiquinin Hindu festivalındakı çıxışını ləğv edib.

Sena partiyasının bəzi üzvləri bildiriblər ki, onlar "müsəlman aktyorun Ramlilada səhnəyə çıxmasına qarşıdırıar". Bu teatr festivalı Hindu dini rəvayətinə əsaslanır və Hindistanın hər yerində nümayiş etdirilir.

Aktyor bildirib ki, Ramlilada çıxış etmək "onun uşaqlıq arzusu" olub.

Sena partiyası tez-tez zorakı çıxışlar edir.

"Ramlilanın 50-60 illik tarixi ərzində heç bir müsəlman aktyor səhnəyə ayaq basmayıb. Biz buna imkan verə bilməzdik. Bu bizim ənənəmizdir", Sena üzvü Mukeş Şarma The Times of İndia qəzetinə deyib.

Siddiqui isə öz növbəsində bildirib ki, o, gələn il Ramlilada çıxış edəcəyinə inanır.

1966-cı ildə yaranmış Sena partiyası dini və milli azlıqları, xüsusən də müsəlmanları hədəf alıb.

Əlaqəli mövzular