Yenilənmiş Samsung Note 7 telefonu yanıb

Yenilənmiş Note 7 telefonu yanıb Fotonun müəllifi Brian Green
Image caption Yenilənmiş Note 7 telefonu yanıb

ABŞ mediası yazır ki, yenilənmiş Samsung Galaxy Note 7 cihazı da tüstülənib.

Samsung şirkəti bundan əvvəlki smartfonlarını batareya problemlərinə görə geri çağırmışdı.

Kentucky ştatında yaşayan kişi deyib ki, səhər yataq otağının tüstü ilə dolduğunu görəndə "çox qorxub".

Çərşənbə günü Southwest Hava Yollarının təyyarəsində Note 7 telefonu yanıb.

Hava yolları şirkəti BBC-ə deyib ki, sərnişinlərdən biri elektronik cihazdan tüstü gəldiyini dedikdən sonra hamı təyyarədən endirilib.

Samsung şirkəti isə bəyan edib ki, hökümət və hava yolları şirkətilə birgə hadisəni araşdırır.

Samsung indi "tammiqyaslı böhranla" üz-üzədir, BBC-nin texnologiya müxbiri Dave Lee deyir.

Onun sözlərinə görə, bu hadisə "onun ictimaiyəti qorumaq məsuliyyəti ətrafında suallar doğura bilər".

Sentyabrda Note 7-dəki eyni problemə görə yüzlərlə telefon geri qaytarılıb.

Şirkət sonradan bildirib ki, problemı aşkarlayaraq həll edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş