İqtisadiyyat üzrə Nobel mükafatı müqavilə nəzəriyyəsinə görə verilib

Oliver Hart və Bengt Holmstrom Fotonun müəllifi AP

İqtisadiyyat üzrə Nobel mükafatını müqavilə nəzəriyyəsi üzrə işlərinə görə Britaniyada doğulmuş Oliver Hart və Finlandiyadan olan Bengt Holmstrom qazanıblar.

Hakimlər bildiriblər ki, onların işi müflislik qanunu və siyasi konstitusiyalar kimi siyasi sahələr üçün "intellektual təməl" olub.

Cütlük mükafata görə təxminən $925,501 əldə edəcək.

Keçən həftə fiziologiya və ya tibb, fizika, kimya və sülh üzrə Nobel mükafatlarının təqdimatı keçirilib.

İsveç Kral Elmlər Akademiyası bildirib ki, cənab Hart və cənab Holmstromun işi "real həyat müqavilələri və institutlarını anlamaq üçün əhəmiyyətlidir".

Həmçinin əlavə olunub ki, onların işi "müqavilə hazırlanmasındakı mümkün tələbləri" müəyyən edə bilər.

1948-ci ildə doğulmuş cənab Hart ABŞ Harvard Universitetində iqtisadiyyat professorudur. Cənab Holmstrom isə Massachusetts Texnologiya İnstitutunda iqtisadiyyat və idarəetmə üzrə professordur.

Əlaqəli mövzular

Bu barədə daha geniş