Kim Kardashian "yalançı basqınçılıq" xəbərinə qarşı iddia qaldırıb

Kim Kardashian West Fotonun müəllifi AP
Image caption Kim Kardashian West keçən həftə Parisdəki mənzilində silahlı basqınçıların hücumuna məruz qalıb

ABŞ televiziya ulduzu Kim Kardashian West Parisdə basqına məruz qalmasının yalan olduğunu iddia edən internet dedi-qodu saytını məhkəməyə verir.

İddia həm MediaTakeout saytına, həm də onun təsisçisi Fred Mwangaguhunga-ya qarşı irəli sürülüb.

Ulduz bu ayın əvvəlində Parisdəki mənzilində silahlı basqınçıların hücumuna məruz qalıb, polis bildirir.

Onların təxminən 10 milyon dollar dəyərində zinət və digər qiymətli əşyaları götürdükləri deyilir.

"Fransada dəhşətli və travmatik silahlı basqının ardından Kim Kardashian ABŞ-a qayıdıb və onlayn dedi-qodu saytı tərəfindən dərc edilmiş məqalələrdə yalançı və oğru adlandırıb", New York federal məhkəməsinə təqdim edilmiş iddiada deyilir.

Fotonun müəllifi Reuters
Image caption Basqın Parisdəki məşhur Rue Tronchet-dəki dəbdəbəli iqamətgahda baş tutub

Cənab Mwangaguhunga "onu yalançı və cinayətkar adlandırdığına görə" üzr istəməkdən imtina edib, iddiada deyilir.

MediaTakeout məsələ ilə bağlı hələ ki, heç bir şərh verməyib.

35 yaşlı iki uşaq anası və rep ifaçısı Kanye West-lə evli olan Kardashian ABŞ-da televiziya əyləncə proqramının ulduzuna çevrilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş