Danimarka inək gəyirmələrini azaltmaq üçün "super ot" yetişdirir

İnək Fotonun müəllifi JOEL SAGET/AFP/GettyImages
Image caption Yeni ot inəklərin mədəsində daha tez həzm olunacaq

Danimarkalı alimlər deyirlər ki, onların tərtib etdiyi ot rahat həzm olunur, bu isə daha az gəyirməyə səbəb olur.

Aarhus Universitetinin tədqiqatçıları DNT texnologiyasından istifadə edərək otun daha rahat həzm olunmasına nail olublar. Bu isə öz növbəsində mal-qaranın mədəsində daha az qazın yaranmasına gətirib çıxaracaq, Berlingske saytı xəbər verir.

"Bu sadəcə olaraq inək üçün daha yaxşı qidadır və qidanın daha rahat həzm olunmasına səbəb olur ki, heyvanın daha az gəyirməsinə gətirib çıxarır", Molekulyar Biologiya və Genetika departamentinin araşdırmaçısı Torben Asp deyir.

Mal-qaranın gəyirdiyi zaman havaya buraxdığı metan qazı atmosferdə karbon dioksid qədər qalıcı olmasa da, uzun müddətdə onun iqlim dəyişikliyinə daha çox təsiri var, ABŞ Təbiəti Mühafizə Agentliyindən bildirilib.

Layihəyə Danimarka Təbiət və Qida nazirliyi 2 milyon dollar maliyyə ayırıb.

"Biz bilirik ki, havaya qazların buraxılmasına gəlincə mal-qara günahkar sayılır, buna görə də inəklərin gəyirməsinin azaldılması vacib məsələdir", nazir Esbin Larsen deyib.

Onun sözlərinə görə daha yaxşı həzm həm də daha bol süd deməkdir.

Əlaqəli mövzular