Apple qadın müştəri və işçilərin fotolarını "qiymətləndirən" işçilərini qovub

Apple logo Fotonun müəllifi REUTERS
Image caption Apple fotoların oğurlandığını və ya kiminsə fotosunun gizlincə çəkildiyini təsdiqləməyib

Apple Avstraliyada qadın müştərilərin və həmkarlarının fotolarını paylaşmaq və 10luq balla qiymətlənmək ittihamları ilə üzləşən işçilərini qovub.

Fotolar müştərilərin telefonlarından onların məlumatı olmadan götürülüb, Courier-Mail qəzeti yazıb.

Apple məlumatı təsdiqləyib və bildirib ki, "bir neçə" iş yeri bağlanıb.

Lakin şirkət bildirib ki, fotoların oğurlandığını və ya kiminsə fotosunun gizlincə çəkildiyini təsdiqləməyib.

Courier-Mail qəzeti yazır ki, işçilər yaxından çəkilmiş 100-dən çox fotonu paylaşaraq qiymətləndirib.

İşçilərdən biri texniki işçinin müştərinin telefonuna baxdığını görəndən sonra hadisə aşkarlanıb, məlumatda deyilir.

Əlaqəli mövzular