Bob Dylan Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb

Bob Dylan Fotonun müəllifi AFP
Image caption Dylan təxəllüsünü şair Dylan Thomas-dan götürüb

Amerikalı ifaçı Bob Dylan 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Rok musiqisinin 75 yaşlı əfsanəsi mükafatı "Amerika musiqisində yeni poetik ifadələr" yaratdığına görə qazanıb.

İfaçı, rəssam və aktyor olan Bob Dylan bu mükafatı qazanmış ilk bəstəkardır.

Təxəllüsünü şair Dylan Thomas-dan götürmüş ifaçı 1993-cü ildə yazıçı Toni Morrison-dan sonra Nobel mükafatını qazanmış ilk amerikalıdır.

İsveç Akademiyasının daimi katibi Sara Danius deyib ki, Dylan "ingilis dilli dünyada böyük şair" olduğu üçün bu mükafata layiq görülüb.

"54 ildir ki, o, özünü yenidən kəşf edir, davamlı olaraq yeni kimlik yaradır", o, Stokholmda jurnalistlərə bildirib.

Dylan uzun zamandır ki, mükafatı qazanmağa potensila namizəd sayılsa da, çox az sayda ekspert akademiyanın folk-rok musiqisi janrını əhatə edəcəyinə inanırdı.

Fotonun müəllifi Getty Images
Image caption İfaçı çox kəsərli və eyni zamanda ziddiyyətli şəxs olub

1941-ci ildə Robert Allen Zimmerman kimi doğulmuş Dylan musiqi karyerasına 1959-cu ildə, Minnesota-da qəhvəxanalarda çıxışla başlayıb.

Onun ən çox tanınan əsərləri 1960-cı illərə aiddir.

Dylan-ın bir sıra mahnıları müharibə əleyhinə hərəkatın himnlərinə çevrilib.

Onun ənənəvi folk musiqisi bəstəkarlığından uzaqlaşaraq "elektrikdirləşmək" qərarı mübahisəli, lakin kəsərli olub.

Dylan-ın bir sıra musiqi albomları arasında "Highway 61 Revisited" (1965), "Blonde on Blonde" (1966) və "Blood on the Tracks" (1975) var.

1980-ci illərdən bəri o daim turlarda iştirak edib və "Heç vaxt bitməyən Tur" ləqəbini qazanıb.

Ədəbiyyat üzrə Nobel Mükafatının son qalibləri:

  • 2015: Svetlana Alekseyeviç (Belarus)
  • 2014: Patrick Modiano (Fransa)
  • 2013: Alice Munro (Kanada)
  • 2012: Mo Yan (Çin)
  • 2011: Tomas Transtromer (İsveç)

Əlaqəli mövzular

Bu barədə daha geniş