2016-cı ildə ən çox pul qazanmış mərhum ulduzlar

David Bowie və Prince Fotonun müəllifi Reuters/Getty Images
Image caption Bowie 2016-cı il yanvarın 10-da vəfat edib, Prince isə aprelin 21-də

Forbes tərəfindən tərtib olunan "ən çox qazanan ölü məşhurlar" siyahısına bu il David Bowie və Prince də daxil olub.

Biznes dərgisi təxmin edir ki, 2015-ci il oktyabrın 1-dən 2016-cı il oktyabrın 1-dək müğənni Prince vergidən əvvəl $25 milyon gəlir əldə edib. Beləliklə o, 5-ci yerdədir.

Təxminən $10,5 milyon gəlirilə Bowie 11-ci yerdədir.

Lakin Michael Jackson-un yanında onlar demək olar ki, "qəpiklər" qazanıb: onun $825 milyon gəliri rekordları yeniləyib.

Forbes yazır ki, bu, "hər hansı ulduzun bir il ərzində qazandığı ən böyük məbləğdir".

Əlaqəli mövzular