İsveç: Kloun maskalı şəxs "azyaşlını bıçaqlayıb"

Kloun Fotonun müəllifi AFP
Image caption Avropa və ABŞ-da son günlər "xoşa gəlməz kloun" görüntüləri geniş yayılıb

İsveçin cənubunda kloun tərəfindən bıçaqlanmış azyaşlı oğlan bərpa prosesi keçir, polis bildirir.

Hücumdan sonra azyaşlı oğlan yüngül xəsarət alıb. Hadisə Gothenburg şəhərinin cənubunda baş verib.

Bundan bir gün əvvəl İsveçdə kloun kostyumu geyinmiş iki nəfər qadını öldürəcəkləri ilə hədələyiblər.

Avropa və ABŞ-da son günlər "xoşa gəlməz kloun" görüntüləri geniş yayılıb.

Silsilə hadisələrdə qorxunc kostyumlar geyinmiş şəxslər yoldan keçənləri qorxudurlar.

Polis İsveçdə baş vermiş son hadisə ilə bağlı hələ də axtarışları davam etdirir.

Azyaşlı oğlan çiynindən yüngül xəsarət alıb.

İsveç daxili işlər naziri Anders Ygeman isə kloun hadisələrinə görə sakitləşməyə çağırıb.